Son sutkada Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 728 nəfəri ötüb.
Son sutkada Türkiyədə koronavirusa 987 yeni yoluxma qeydə alınıb. Hazırda qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 232 856 nəfər təşkil edir.
Fahrettin Koca qeyd edib ki, bu gün 978 koronavirus pasiyenti sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 216 494 nəfərə yüksəlib.
Xatırladaq ki, Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report.az/
Sorğu
Yeni dizaynımız necədir?