Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı indidentə məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.
Kiyev şəhər Peçerskiy rayon polisindən "Report"un Avropa bürosuna verilən məlumata görə, hər iki şəxs polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında barələrində məhkəmə tərəfindən Azərbaycana deport olunma qərarı verilib.
Deportasiya səbəb olaraq xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.
Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdandan açılan atəş nəticəsində yaralanmışdılar. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu./Report.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?