Rusiya 39 ölkəyə indiyədək 1 066 200 koronavirus testi göndərib.
Bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yayıb.
Testlərin böyük qismi – 699 700-ü MDB dövlətləri və qondarma Abxaziya və Cənubi Osetiya respublikalarına çatdırılıb.
MDB dövlətləri arasında ən az COVID-19 testi Azərbaycana göndərilib – 12 000. Bu göstəriciyə görə lider ölkələr Qırğız Respublikası (157 000), Özbəkistan (138 500) və Ermənistandır (100 000).
Statistika sentyabrın 4-dək olan dövrü əhatə edir./“Report” /
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?