ABŞ Çin ordusu ilə əlaqələri olduğu və Birləşmiş Ştatların təhlükəsizliyi üçün "yüksək risk" saydığı 1000-dən çox Çin vətəndaşının vizasını ləğv etdiyini bildirib.
Dövlət Departamentinin çərşənbə günü verdiyi açıqlamasında bildirilib ki, vizaların ləğvi prezident Donald Trampın mayın 29-da imzaladığı sərəncama əsasən həyata keçirilib. Sərəncam əvvəllər Çində təhsil alan və Qurtuluş Ordusu ilə əlaqəsi olan kollec və universitet tələbələrinə yönəlib.
Tramp administrasiyası çinli tələbələrin ABŞ-a Çinin iqtisadi və hərbi sektorlarını inkişaf etdirmək üçün intelllektual ağılları oğurlamaq məqsədilə gəlməkdə ittiham edib.
Dövlət Departamentinin sözçüsü iyunun 1-dən bəri 1000-dən çox çinlininvizalarının ləğvinin “yüksək riskli aspirant və tədqiqatçıya” aid olduğunu və bunun hazırda ABŞ-da təhsil alan 360 mindən çox Çin vətəndaşının yalnız “kiçik bir hissəsi” olduğunu deyib.
Bundan əvvəl Çin rəsmiləri ölkədə işləyən xarici jurnalistlərinin vizalarını yeniləməyi dayandırıb. Bu, Pekin və Vaşinqton arasında davam edən iqtisadi və diplomatik mübahisələrdə atılan addımlardan biri olub.
Bu yaxınlarda vizalarının uzadılması üçün müraciət edən jurnalistlər bir il əvəzinə Çində işlərini davam etmək üçün müvəqqəti mətbuat vəsiqələri və cəmi iki ay davam edəcək yeni vizalar alıb.
Mübahisə mart ayında Tramp administrasiyasının Çinin Birləşmiş Ştatlarda fəaliyyət göstərən beş dövlət xəbər agentliyində işləmələrinə icazə verilən jurnalistlərinin sayını yüzə qədər məhdudlaşdırdıqdan sonra Pekinin New York Times, Washington Post və The Wall Street Journal qəzetlərindən bir neçə jurnalisti ölkədən çıxardığı vaxt başlayıb.
Bundan sonra Tramp administrasiyası may ayında bütün çinli jurnalistlərin əvvəllər verilən müddətsiz giriş vizaları əvəzinə yalnız 90 günlük iş vizaları alacağını elan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?