Azərbaycanla döyüşlərdə Ermənistanın ağır itkilər verməsindən narahat olan Qarabağ caniləri bölgəyə gəlirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın ardınca eks-prezident Robert Köçəryan da Qarabağa gəlib.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi Yuriy Xaçaturov da işğal bölgəsindədir.
Xatırladaq ki, onların hər üçü barəsində 2008-ci ilin mart hadisələrinə görə cinayət işi qaldırılıb, istintaq gedir.
Birinci Qarabağ savaşında Azərbaycana qarşı ağır cinayətlərə imza atan, Xocalı soyqırımında iştirak edən bu canilər, yenidən Azərbaycan ordusu ilə döyüşlərə qatılmaq istəyirlər. Ancaq ilahi ədalətin bərpa olunması üçün unikal fürsət yetişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?