Ermənistan Prezidenti Armen Sarkisyan Belarus lideri Aleksandr Lukaşenkoya zəng edib.
Bu barədə “BelTA” məlumat yayıb.
Telefon danışığı çərçivəsində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.
Xatırladaq ki, sözügedən telefon danışığı erməni tərəfinin Qarabağda münaqişənin kəskinləşməsindən sonra dünya liderlərinə etdiyi çoxsaylı telefon zənglərindən biridir.
Cəbhədəki uğursuzluqlar fonunda çarəsiz qalan Ermənistan rəhbərliyi buna qədər Rusiya, Almaniya, İran, Fransa liderlərinə, həmçinin, BMT Baş katibinə telefon zəngləri edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?