Ermənistan parlamentinin deputatı Qarabağdakı döyüşlər zamanı yaralanıb.
Gundemxeber.Az xəbər verir ki, bu məlumatı Ermənistanın Teleqram kanalları yayıb. Yaralanan deputatın Sasun Mikayelyan olduğu bildirilib. O, hazırda xəstəxanadadır.
Qeyd edək ki, Mikayelyan Ermənistan veteranlarının birliyi “Yerkrap”ın sədridir. O, Paşinyanın Mənim Addımım Blokunun üzvüdür.
Mikayelyan, həmçinin Paşinyanın Mülki Müqavilə Partiyasının əsas idarəçilərindən biri sayılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?