PKK terror təşkilatının Dağlıq Qarabağdakı hərbi düşərgələri ifşa edilib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.
Nəşr yazır ki, təşkilatın Suriya qolunda fəaliyyət göstərən erməni Nubar Ozanyan taboruna bağlı terrorçuların Dağlıq Qarabağda 7 düşərgəsi aşkarlanıb:
“PKK-nın Laçındakı düşərgəsi, bir növ, mərkəz rolunu oynayır. Burada silah anbarları, meşədə özəl təlimlər üçün ərazi və mərkəz qərargahı var. Nubar Ozanyan taboruna bağlı terrorçuların əsas mərkəzi isə Kəlbəcərdə yerləşir. Terror təşkilatının media quruluşları da PKK-nın bölgədəki varlığını gizlətmir”.
Bildirilir ki, Ermənistan 2008-ci ildən bəri İraqın şimalından qaçan PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirir:
“Bundan başqa, bölgədə fəaliyyət göstərən Ozanyan taborunda dünyanın müxtəlif yerlərindən gələn terrorçular var. Yunan mediasına açıqlama verən taborun “komandir”lərindən Nubar Melkonyan qrupun Hələb, İngiltərə, Fransa və ABŞ-dan gələn erməni könüllülərdən ibarət olduğunu söyləmişdi. Melkonyan həmin könüllülərin erməni dili və mədəniyyəti haqqında məlumatsız olduğunu, buna görə də onlara təlimlər keçdiklərini vurğulayıb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?