Ermənistanda hərbi xidmətdən yayınanları ağır cəzalar gözləyir.
Bu barədə "Jamanak" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, yaxın vaxtlarda cəzalar sərtləşdirildikdən sonra əsgər kimi xidmətdən boyun qaçıranlara qarşı daha sərt tədbirlər görüləcək:
“Hökumət, cinayət məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim etdi. Yeni layihəyə əsasən, hərbi xidmətdən yayınma cəzasının əhəmiyyətli dərəcədə sərtləşdirilməsi təklif olunur. Mövcud məcəllədə fərarilik üçün dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur. Dəyişiklər qəbul edilsə, cəza altı ildən on iki ilədək həbslə əvəzlənəcək".
Bundan əlavə, hərbi vəziyyət zamanı vergidən yayınma hallarına görə də cəzalar sərtləşdiriləcək.
Qeyd edək ki, son günlər erməni mətbuatında ordudan yayınma hallarının artması ilə bağlı silsilə məlumatlar dərc edilir. Saxta koronovirus testi əldə edib çağırışdan yayınanlarla yanaşı, döyüş meydanında silahını atıb qaçanlar da az deyil. Bunu təsdiqləyən bir çox videogörüntülər yayılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?