“Dağlıq Qarabağ münaqişəsi ətrafında sadə həll yolu yoxdur”.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, hərənin öz həqiqəti var: “Burada sadə həll yoxdur. Dağlıq Qarabağ ətrafındakı münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır”.
O, Qarabağ nizamlanmasının ilkin mərhələsində hərbi əməliyyatları dayandırıb, masa arxasına oturmağın lazım olduğunu söyləyib.
Rusiya Prezidenti birinci Qarabağ münaqişəsinin başlanma tarixindən də danışıb. O, 80-ci illərin sonunda Sovet rəhbərliyini insanların təhlükəsizliyini təmin etməməkdə günahlandırıb: “Sovet rəhbərliyi birinci Qarabağ münaqişəsi başlayanda insanların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyib”./APA/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?