Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün konsultasiyaların başladılmasını xahiş edib.
Gundemxeber.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Paşinyanın məktubunda Dağlıq Qarabağdakı situasiyanı detallı şəkildə Putinə anlatdığını bildirib.
Paşinyan Putindən 1997-ci il 29 avqustunda imzalanan “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında” razılaşmasına əsaslanaraq, Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etməsi ilə bağlı hansı həcmdə yardımın təqdim edə biləcəyi ilə bağlı konsultasiyalara başlamasını xahiş edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?