Fransada hər 30 saniyədə bir nəfər koronavirusa yoluxma səbəbi ilə xəstəxanaya aparılır.
Bu barədə ölkənin Baş Naziri Jan Kasteks məlumat verib. O, TF1 kanalına açıqlamasında hökumətin sərt karantin rejimi barədə geri addım atmayacağını, küçəyə çıxma qadağasının qüvvədə olacağını bildirib.
“Pandemiyada 37 min vətəndaşımızı itirdik, hər saniyədə bir nəfər xəstəxanaya müraciət edir. Aralarında çox gənc insanlar da var”,- deyə Ba. Nazir qeyd edib.
Xatırladaq ki, pandemiya başlayandan bu günə qədər Fransada 1 milyon 413 min 915 nəfər koronavirusa yoluxub, 37 min 19 nəfər vəfat edib./“Qafqazinfo”/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?