Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə koronavirus diaqnozu qoyulub.
Nazir özünü hazırda yaxşı hiss edir.
L.Davitaşvili evdə müalicə olunur və distant iş rejiminə keçib. Onun təmasda olduğu bütün şəxslər özlərini təcrid ediblər.
Qeyd edək ki, bundan öncə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavada da COVID-19 aşkarlanıb, təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünütəcridə keçib./report.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?