Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində 2 türk jandarmı şəhid olub, daha bir neçə nəfər yaralanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə "Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?