GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa İttifaqı qaz alıb, əvəzində “demokratiya vermək” istəyir

Avropa İttifaqı qaz alıb, əvəzində “demokratiya vermək” istəyir

Tarix: 22-12-2020, 12:07 Bölmə :Dünya Baxış: 249
Avropa İttifaqı qaz alıb, əvəzində “demokratiya vermək” istəyir


Bakıdan reaksiya: “Bu yanaşma düzgün deyil, onsuz da Azərbaycan demokratik inkişaf yolunu seçib”

Avropa İttifaqı Azərbaycanla tərəfdaşlıq haqqında, o cümlədən qaz alınması haqqında yeni saziş bağlamaq, habelə Dağlıq Qarabağ nizamlanmasında iştirak etmək istəyir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirak etdiyi Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Şurasının iclasında belə deyib. Borrel deyib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara riayət olunmasına əsaslanan yeni ambisiyalı və hərtərəfli saziş bağlamaq istəyir. Borrel bildirib ki, Aİ ATƏT-in Minsk Qrupu ilə sıx əməkdaşlıq şəraitində Dağlıq Qarabağda uzunmüddətli nizamlanmanı dəstəkləməyə və formalaşdırmağa hazırdır.

Məlumdur ki, TAP artıq açılış ərəfəsindədir. Bəs Avropa İttifaqı Qarabağ məsələsi ilə bağlı hansı töhfələri verə bilər? Avropa İttifaqı üzvü olan Fransa, Niderland və Belçika Qarabağla bağlı qərəzli qətnamələr çıxarırsa, hansı töhfədən söhbət gedir? Nəhayət, “Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara riayət olunmasına əsaslanan yeni ambisiyalı və hərtərəfli saziş” nə deməkdir, bu tezis necə oxunmalıdır? Yenə ixrac olunan demokratiyamı?

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər strateji xarakter kəsb edir: “Azərbaycan Avropa İttifaqının 9 dövləti ilə məhz bu istiqamətdə tərəfdaşlıq sənədləri imzalayıb. Avropa özü də yekcins deyil. Avropa İttifaqının Avropa Komissiyası və Avropa Parlamenti var. Bu iki tərəfin Azərbaycana münasibətdə fərqli davranışının biz dəfələrlə şahidi olmuşuq. Avropa Parlamenti tərəfindən bir çox hallarda Azərbaycana münasibətdə qərəzli davranış ortaya qoyulub. Azərbaycanın haqq işinin əleyhinə olan yanaşmalar diqqətdən yayınmayıb. Amma Avropa Komissiyası ilə bizim münasibətlərimiz yüksək səviyyədə olub. Avropa İttifaqının ali icra orqanı ilə Azərbaycanın münasibətləri dinamik inkişaf tempinə malikdir. Xüsusilə də enerji təhlükəsizliyi sahəsində Avropa Komissiyası ilə işlərimiz ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Avropa üçün enerji təhlükəsizliyi ilk növbədə enerji mənbələrinin şaxələndirilməsində öz əksini tapır. Azərbaycan üçün isə enerji təhlükəsizliyi ilk növbədə enerji xətlərinin, enerji marşrutlarının şaxələndirilməsində ifadə olunur. Yəni hər iki tərəf şaxələndirmə siyasətinə üstünlük verir. Bu baxımdan Avropa İttifaqı bizim ən yaxın iqtisadi, ticarət tərəfdaşlarımızdan biridir. Məsələyə bu kontekstdən yanaşdıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqı tərəfdaşlıq şurasının iclasında iştirakı və orada səslənən fikirlər də bir daha buna dəlalət edir. Eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin çıxışında da ikitərəfli münasibətlərin səviyyəsinə yüksək qiymət verildi. Ancaq burada onun bir neçə tezisi diqqətdən yayınmadı. Birincisi, məlum oldu ki, Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli saziş imzalamaq istəyir və bu sazişdə ilk növbədə demokratiya, insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələləri qabardır”.

Deputat hesab edir ki, bu yanaşma düzgün deyil. Onsuz da Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Azərbaycana kənardan demokratiya ixrac edilməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda demokratiya mövcuddur: “Azərbaycanın azad mətbuatı var, azad interneti mövcuddur, əhalinin 80 faizindən çoxu sosial şəbəkələrin istifadəçisidir, sərbəst toplaşma azadlığı var. Ona görə də fundamental azadlıqlar, insan haqları və demokratiyanı Azərbaycanın qarşısında prioritet məsələ kimi qoymaq, guya o sahədə bizim ciddi qüsurlarımızın olduğunu açıq və ya dolayı yolla ifadə etmək əsassızdır. Bunlar demokratiya pərdəsi altında təzyiq elementlərini özündə ifadə edir. Azərbaycana nəyisə öyrətmək, dərs keçmək lazım deyil. Azərbaycan onsuz da demokratik inkişaf yolunu seçib. O ki, qaldı bizim enerji sahəsində əməkdaşlıq məsələlərinə, qeyd etdiyim kimi, bu sahədə hər şey yüksək səviyyədədir. Yaxın zamanlarda artıq yəqin ki, TAP layihəsi tam işə düşəcək və qısa zaman ərzində Azərbaycan Avropa ölkələrinə 16 milyard kubmetr qaz satışını həyata keçirəcək ki, onun da 10 milyard kubmetri yalnız və yalnız Avropa İttifaqı dövlətləri üçün nəzərdə tutulub”.

E.Nəsirov qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də Avropa İttifaqı maraqlı olduğunu və bu sahədə ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə eləyib. Niyyətin özü nə qədər cəlbedici olsa da onu da qeyd edək ki, Avropa İttifaqı 30 il ərzində münaqişənin həlli ilə bağlı heç bir real ciddi mövqe ortaya qoymadı: “Ermənistanın işğalçılıq siyasətinə qarşı bir mexanizmlər işə salmadı, eyni zamanda hətta Avropa İttifaqının lokomotiv dövləti olan Fransa birmənalı şəkildə ATƏT-in Minsk Qrupunun həmsədri olsa da birmənalı olaraq işğalçı Ermənistanın yanında yer aldı, tərəfsiz olmaq əvəzinə işğalçını müdafiə etdi. Bütün bunlar təbii ki, hər kəsin bildiyi həqiqətdir. Eyni zamanda son günlərdə Niderland parlamentinin, Belçika parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr də bir daha onu göstərir ki, Avropa İttifaqı daxilində bu münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə münasibətdə tərəfkeş mövqeyi var. Təəssüf ki, sadaladığım ölkələrin parlamentariləri də bir çox hallarda ermənipərəst mövqedən çıxış edir və ölkələrinin deyil, daha çox erməni maraqlarına xidmət edirlər. Bütün bunlar hamısı bir həqiqətdir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və inkişafına sadiqdir, üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir. Biz Avropa İttifaqına bir yekcins model kimi baxmamalıyıq. Bu reallığı da diqqətdən qaçırmaq olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfir: "Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır"

    Səfir: "Azərbaycanla Avropa İttifaqı ...

    2-07-2019, 10:40

  • 
  • Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri azadlıqları məhdudlaşdıran qanunlara uyğun keçirilib

    Avropa İttifaqı: Azərbaycanda prezident seçkiləri ...

    13-04-2018, 21:07

  • 
  • Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır

    Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara ...

    31-08-2017, 11:36

  • 
  • Qərb Azərbaycana tələ hazırlayır?

    Qərb Azərbaycana tələ hazırlayır? ...

    28-10-2017, 23:46

  • 
  • Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"

    Yohannes Han: "Azərbaycan Avropa İttifaqı ...

    13-06-2019, 11:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu