“Rostov rəhbərliyinin Prezidentə qarşı getmək haqqı yoxdur...”
Rostov meriyasının tarixi Cümə məscidinin binasının uşaq caz məktəbinə verilməsi barədə son qərarı geniş ictimai etirazlara səbəb olub.
Gundemxeber.az-ın Rusiya medasına istinadla verdiyi məlumata görə, yerli hakimiyyət orqanlarının bu qərarından yalnız Rostovda və vilayətdə yaşayanlar deyil, həm də digər bölgələrdən, o cümlədən Moskvadan olan müsəlmanlar narazı qalıb.
Belə ki, 88 yaşlı Moskva sakini və paytaxtın müsəlman icmasının ağsaqqalı Abdulxay 1905-ci ildə tikilmiş Rostovdakı tarixi Cümə məscidinin binasının 2010-cu il federal qanununa görə binaya mülkiyyət hüququ verilməsi lazım olan müsəlman icmasına qaytarılmadığını öyrəndikdə aşağıdakıları bəyan edib:
“Məscid müsəlmanlara məxsusdur. Prezidentimiz Putinlə əlaqə qurmalıyıq. Rostov rəhbərliyinin Putinə qarşı getmək haqqı yoxdur. Sovet dövründə alınmış məscidin müsəlmanlara geri qaytarılması üçün Prezidentə müraciət etmək lazımdır. İndi deməliyik ki, ədalət qalib gəlsin..."
Ağsaqqal tarixi məbəd binasının caz məktəbinə verilməsini Rostov rəhbərliyinin Rusiya müsəlmanlarına qarşı mənfur münasibəti, hörmətsizliyi kimi qəbul edib. Ahıl müsəlman Rostovdakı keçmiş məscidin müsəlman icmasına qaytarılması xahişi ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə şəxsən iştirak etməyə hazır olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?