GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR –Bayden ABŞ-ı nüvə sazişinə qaytararsa...

İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR –Bayden ABŞ-ı nüvə sazişinə qaytararsa...

Tarix: 27-01-2021, 14:45 Bölmə :Dünya Baxış: 350
İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR –Bayden ABŞ-ı nüvə sazişinə qaytararsa...


İsrail açıq şəkildə bildirib ki, ABŞ şiə rejiminə qarşı tətbiq olunan sanksiyaları yumşaltsa və yəhudi dövlətinin “müasir tarixin ən böyük aldatması” adlandırdığı nüvə sazişinə qayıtmağa razı olarsa, İrana hücum edəcək.

Bir mənbə deyib: “İsrail mümkün qədər tez Vaşinqtonun bomba yarışını dayandıracağını və ya bunun üçün hansısa bir addım atmağı planlaşdırdığını bilməlidir”.

İsrail kəşfiyyatı İranın nüvə obyektlərini diqqətlə izləyir. Mənbə “Bəzi adamlar bir saatdan bir yeni sirlərdən agah olur”, – deyib.

İddialara görə, yanvarın 21-də İsrail Suriyadakı bir İran hədəfinə hücum edib və bu cür hücumların davam edəcəyi ehtimal olunur. İsrailli mənbə deyib: “Bu təzyiq İrandakı hədəflərə birbaşa hücum üçün hazırlıq olaraq davam edəcək və böyüyəcək”.

Likud Partiyasının nazirləri bu həftənin əvvəlində ABŞ-ın yeni rəhbərliyinin İranı “sakitləşdirməli” olduğunu söyləyib, habelə Tehrana yəhudi dövlətinin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyini və nüvə bombası hazırlamaq planlarını qəbul etməyəcəyi xəbərdarlığı ediblər.

Birbaşa xəbərdarlıqlardan biri Bibi Netanyahunun yaxın çevrəsindən olan Likud naziri Tzaxi Haneqbidən gəlib. O, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin ABŞ-ı nüvə sazişinə yenidən qaytaracağı bəyanatını xatırladaraq, İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyini söyləyib.

“Birləşmiş Ştatlar hökuməti nüvə sazişinə yenidən qoşulsa – və indiyə kimi, bu, bəyan edilmiş siyasət görünür – praktiki nəticədə, İsrail İrana qarşı tək-tənha qalmalı olacaq. Müqavilənin sonunda İran nüvə silahları proqramına davam etmək üçün, ABŞ da daxil olmaqla, dünyadan yaşıl işıq alacaq”.

Haneqbi bunu “Israel Kan” xəbər kanalına verdiyi müsahibəsində deyib.

İran və Ərəb dünyası üzrə ən yaxşı İsrail mütəxəssisi Mordexay Kedar “Breaking D”-yə verdiyi açıqlamada bildirib ki, Vaşinqtonun İsrailin bütün istəklərinə məhəl qoymayacağına əmindir. “Yeni rəhbərlik İranın əsl hədəflərini həqiqətən anlamadan onun dövlətlər ailəsinə qayıtması üçün hər şeyi edəcək”.

Kedar bunun Səudiyyə Ərəbistanı və Körfəz ölkələrində böyük qorxulara səbəb olacağını da sözünə əlavə edib. Onun fikrincə, İsrail İranın nüvə proqramına qarşı açıq və gizli hərəkətlərdə tənha qalacaq.

Kedar İranın motivasiyasını belə izah edib: “O, Liviyada Müəmmər Qəddafinin nüvə proqramını dayandırdıqdan sonra nə baş verdiyini görüb, eyni zamanda, bombası olan Şimali Koreya ilə dünyanın necə yumşaq yanaşdığını da. Tehran üçün dərs çox aydındır”.

Son aylarda İran sanksiyaların sona çatmasını istədiyini və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində götürdüyü öhdəliklərini pozaraq uranı 20%-lik səviyyəyə qədər zənginləşdirməyə başladığını bildirib. Eyni zamanda, İran hərəkətinin geri çevrilə biləcəyini və Birləşmiş Ştatlar anlaşmaya qayıdaraq sanksiyaları ləğv edərsə, öhdəliklərinin icrasına hazır olduğunu vurğulayıb.

Mütəxəssislər Tehrana edilən hər hansı bir güzəştin bu ölkənin bomba yarışını sürətləndirəcəyi məsələsində həmfikirdir. “Şimali Koreya nümunəsinə baxın. Eyni şey İranda da olacaq ”, – deyə mənbələr bildirib.

İsrailin Strateji Məsələlər Nazirliyinin keçmiş baş direktoru və IDF Hərbi Kəşfiyyatının araşdırma şöbəsinin rəhbəri Yossi Kupervasser bildirib ki, İranın bir neçə hədəfi var. Birincisi, kifayət qədər miqdarda zənginləşdirilmiş uranın nüvə partlayıcı qurğusu istehsalı üçün 90%-dən yüksək bir səviyyəyə çatması naminə müddətin qısaldılması. İran hazırda 4,5%-lik zənginləşdirilmiş materiala malikdir, daha da zənginləşdirilərsə, bu, ikidən çox nüvə partlayıcı qurğusu üçün yetərlidir. Bunu etmək qərarına gəldiyi andan etibarən İranın bir cihaz üçün tələb olunan uran miqdarını əldə etməsi vaxtı (“sıçrayış”) təxminən 2 aydır, lakin 20%-ə qədər zənginləşdirmə yalnız fəaliyyət göstərən 1000 sentrifuqa ilə həyata keçirildiyi təqdirdə (bu günə qədər iranlıların Fordodakı dərin yeraltı obyektdə etdiyi kimi), proses daha uzun çəkəcək.

“Qüds İctimaiyyətlə Əlaqələr Mərkəzi”inin dərc etdiyi məqalədə Kupervasser qeyd edib: “İranlılar bu yaxınlarda Nətənzdəki yeraltı obyektdə inkişaf etmiş santrifuqaların kaskadlarını (dəstlərini) quraşdırıb və orada 20% zənginləşdirmə aparılarsa, materialın yığılması üçün lazım olan vaxt qısaldılacaq”.

“Uranı 20%-lik səviyyəyə qədər zənginləşdirmək İranın cəsarət ifadəsidir. Bu, Qasim Süleymaninin öldürülməsinin ildönümündə iranlıların amerikalılara qarşı şiddətli cavabına çevrilməyən Tehranın təhdidlərindən sonra dərhal ABŞ-ın sərt təpki riski olmayan hərəkətidir. İranın addımı ictimaiyyətin diqqətini rejimin xəbərdarlığından yayındırmağa kömək etmək məqsədi daşıyır və zəifliyini əks etdirir. O, ABŞ-ın xəbərdarlıqlarına məhəl qoyaraq onunla geniş qarşıdurmadan geri çəkilir”, – deyə Kupervasser yazıb.

Dördüncü və ən vacib hədəf prezident Baydenə ən yaxşı seçiminin JCPOA-ya mümkün qədər tez qayıtmaq olduğunu bildirmədir.

Bu hərəkətə ilk beynəlxalq təpki ləng olub. Hazırda İranın Cənubi Koreya tankerini qaçırmasına daha çox diqqət yetirilir. İran Seulun dondurulmuş İran fondlarını sərbəst buraxacağına ümid edir.

Kupervasser bildirib: “Hələlik İran onillik ərzində ona yalnız bir nüvə bombası deyil, həm də böyük nüvə silahı arsenalı yaradacaq Qərblə dişsiz nüvə sazişindən xoşbəxt olacaq. Həm də hərbi və iqtisadi cəhətdən əziyyət çəkmədən. İranın razılaşma istəyi onun üstünlüklərinə dəlalət edir”.

Bəs nə etməli?

İrana nüvə silahı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etmək istiqamətində hər hansı bir cəhdin “masadakı bütün variantlarla” sərt şəkildə qarşılanacağına dair açıq və birmənalı siqnallar göndərmək. Eyni zamanda, iqtisadi təzyiqlərlə İranı nüvə silahı yığma ehtimalının qarşısını alacaq yeni bir saziş. Hər yerdə və hər zaman tam nəzarət, Fordodakı zənginləşdirmə müəssisəsinin sökülməsi və ballistik raketlər müqaviləyə daxil edilməlidir.

İndi qalır Bayden rəhbərliyinin necə təpki göstərməsi…

Tərcümə: Strateq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın “yeni İran strategiyası” nə vəd edir?

    Trampın “yeni İran strategiyası” nə vəd edir? ...

    10-12-2017, 18:53

  • 
  • İsrail mediası Suriyaya hücum anonsunu verdi

    İsrail mediası Suriyaya hücum anonsunu verdi ...

    31-08-2013, 23:33

  • 
  • İsrail İranın 4 hədəfini məhv etdi: 3 müdafiə sistemi...

    İsrail İranın 4 hədəfini məhv etdi: 3 müdafiə ...

    10-02-2018, 15:00

  • 
  • İsrailli nazirdən şok sözlər: İRANIN VARLIĞI MƏHV EDİLMƏLDİR

    İsrailli nazirdən şok sözlər: İRANIN VARLIĞI MƏHV ...

    14-05-2018, 11:49

  • 
  • ABŞ-İrana müharibəsi başlayır

    ABŞ-İrana müharibəsi başlayır ...

    25-07-2013, 10:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu