İranda ötən sutka ərzində 65 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 751 nəfərə çatıb. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 474 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 496 455 nəfərə çatıb. Virus daşıyıcılarından 3 735 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 278 857 nəfər koronavirusdan sağalıb, 9,88 milyondan çox diaqnoz testi həyata keçirilib. İranın rayonları koronavirusa yoluxmada 36 rayon narıncı, 178 rayon sarı, 234 rayon isə mavi zona hesab olunur.
Sorğu
Yeni dizaynımız necədir?