Con Hopkins Universitetinin məlumatlarına görə, ABŞ-da koronavirus qurbanlarının sayı 500 minə çatıb.
“The New York Times” nəşri qeyd edir ki, bu, birinci və ikinci Dünya müharibələri, habelə Vyetnam müharibəsi zamanı ABŞ-ın verdiyi itkilərdən daha çoxdur.
ABŞ-ın Veteranların İşləri üzrə Nazirliyindən verilən məlumata görə, birinci Dünya müharibəsindəki döyüşlər zamanı 53.4 min, digər səbəblərdən 63.1 min, ikinci Dünya müharibəsində döyüşdə 291.5 min, qeyri-döyüş şəraitində 113.8 min, Vyetnam müharibəsi zamanı hərbi əməliyyatlarda 47.4 min, döyüş xaricində isə 10.8 min ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, koronavirusa yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada birinci yeri tutur. Pandemiya dövründə ölkədə 28,1 milyon insan xəstələnib. Bu göstərici üzrə ikinci yerdə Hindistan (təxminən 11 milyon), üçüncü yerdə isə Braziliyadır (10,2 milyon).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?