GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » NATO Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi: Alyansın Baş katibinin çıxışı - Tam mətn

NATO Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi: Alyansın Baş katibinin çıxışı - Tam mətn

Tarix: 25-03-2021, 11:21 Bölmə :Dünya Baxış: 235
NATO Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi: Alyansın Baş katibinin çıxışı - Tam mətn


“NATO Qara dəniz bölgəsindəki varlığını gücləndirdi. Üç sahil ölkəsi - Türkiyə, Rumıniya, Bolqarıstan - NATO üzvüdür, ikisi - Ukrayna və Gürcüstan - NATO-nun yaxın tərəfdaşlarıdır. Müttəfiqlərimizlə quruda, suda və havada varlığımızı gücləndirdik, eyni zamanda Gürcüstan və Ukraynadakı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndiririk. Bunu davam etdirəcəyik və bu tərəfdaşlığı siyasi və praktik dəstəklə daha da genişləndirəcəyimizi düşünürük. ”

Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberg dünən alyansın Brüsseldəki qərargahında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavablandırarkən deyib.

NATO ölkələrinin Xarici İşlər nazirlərinin dünənki toplantısı Rusiyanın qonşu ölkələrə təcavüzkar hərəkətlərini “cilovlamağa” həsr olunmuşdu. Görüşdə müttəfiqlərlə yanaşı Finlandiya və İsveçin Xarici İşlər nazirləri, habelə Aİ-nin Ali nümayəndəsi Josep Borrell də iştirak edirdi.

Toplantıdan sonra keçirilən mətbuat konfransında çıxış edən Stoltenberg jurnalistlərin suallarını cavablandırarkən alyansın Rusiya ilə bağlı 10 illik strategiyasına aydınlıq gətirib. O, Şimali Atlantika İttifaqının Qara dəniz bölgəsindəki mövcudluğunu gücləndirdiyini, bunun da Ukrayna, Moldova və Gürcüstanla əməkdaşlığı asanlaşdıracağını deyib. Stoltenberg xarici işlər nazirliklərinin rəhbərlərinin diqqətini NATO-nun tərəfdaşları ilə əməkdaşlığı gücləndirərək "Rusiyaya açıq siqnal verməyə" yönəldib. Baş katibin fikrincə, tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsi "NATO-2030" strateji konsepsiyasının əsas istiqamətlərdən biridir.

NATO Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi: Alyansın Baş katibinin çıxışı - Tam mətn


Qara dəniz bölgəsinin təhlükəsizliyinin alyans üçün prioritet təşkil etdiyini vurğulayan Stoltenbergin fikrincə, müttəfiqlərin Rusiyanın güclənməsindən qaynaqlanan narahatlığını yalnız NATO-nun regionda əməkdaşlıqları artırmaqla aradan qaldırmaq mümkündür.

Stoltenberg həmçinin, Rusiyanı həm ölkə daxilində, həm də xaricində aqressiv siyasət yürütməkdə günahlandırıb və siyasi blogger Navalninin dərhal azadlığa buraxılmasını tələb edib.

NATO-nun Baş katibinin Xarici İşlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransındakı çıxışının tam mətnini təqdim edirik:

NATO Rusiyanı Qara dənizdən “qovmağa” qərar verdi: Alyansın Baş katibinin çıxışı - Tam mətn


“NATO ölkələrinin xarici işlər nazirləri Rusiya ilə bağlı diskussiyanı yenicə başa vurublar.

Finlandiya və İsveçin kimi yaxın tərəfdaşlarımız, həmçinin Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Borrel də bizə qoşulublar.

Rusiya ilə münasibətlərimiz çox mürəkkəb olsa da, bizim bugünkü görüşümüz müttəfiqlərlə, tərəfdaşlarımızla möhkəm əlaqələrimizi nümayiş etdirir.

Rusiyanın konstruktiv dialoqa cəlb edilməsi istiqamətində uzun illər davam edən təzyiqlərə və səylərə baxmayaraq, Moskva hələ də ölkə daxilində repressiv davranışın və öz hüdudlarından kənarda təcavüzkarlıq modelini gücləndirir. Biz hələ də Rusiyada siyasi fərqli düşüncənin qəddar yatırılmasını müşahidə edirik. Və biz Rusiyanı Aleksey Navalnini və dinc nümayişlərdə həbs edilmiş digər iştirakçılarını dərhal azad etməyə çağırırıq.

Xaricdə Rusiya Ukrayna, Gürcüstan və Moldova Respublikası da daxil olmaqla, qonşu ölkələrdə pozğunluq və sabitliyin pozulması istiqamətində fəaliyyət göstərir. O, Belarusdakı repressiv tədbirləri dəstəkləyir və Qərbi Balkan bölgəsinə müdaxilə etməyə çalışır.

Rusiya hərbi gücünü geniş miqyasda artırmağa davam edir: Baltik dənizindən Qara dənizə, Yaxın Şərqdən Şimali Afrikaya, Aralıq dənizindən Arktikaya qədər.

NATO ölkələri bu toplantıda Rusiyanın həyata keçirdiyi dezinformasiyaya və təbliğata, seçkilərə, kiberhücumlara təsir göstərmək və həm öz ərazisində, həm də bizim ərazimizdə siyasi rəqiblərə qarşı kimyəvi silahdan istifadə etmək cəhdlərinə qarşı çıxmışlar. NATO-nun reaksiyası möhkəm və ardıcıldır, belə olmağa da davam edəcək.

Rusiyanın hərəkətlərinə cavab olaraq, NATO kollektiv müdafiənin son nəsillərini möhkəmləndirmək siyasəti həyata keçirib.

Biz hibrid və kiber hücumlara qarşı mühafizəmizi gücləndirmişik və bu sayıqlığı saxlayacağıq. Biz Rusiyanın hərəkətlərinə birgə reaksiya vermək üçün Aİ və yaxın tərəfdaşlarımızla işləməyə davam edəcəyik.

Müttəfiqlər razılaşırlar ki, biz geri baxmağı və müdafiə tədbirlərini gücləndirməyə davam etdirməliyik. Söhbət həm də Rusiyanın artan raket təhlükəsindən gedir.

Bizi ikili yanaşma - dialoqa açıqlıq ilə güclü müqavimət və müdafiə əzmi birləşdirir.

Bütün müttəfiqlər nüvə silahlarına nəzarət etmək üçün öz üzərlərinə möhkəm öhdəliklər götürürlər. Və bütün müttəfiqlər START (strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında – Ovqat.com) müqaviləsinin uzatmaq üçün son qərarı alqışlayırlar. Bu, nüvə silahlarına beynəlxalq nəzarətin daha da gücləndirilməsi üçün səylərin başlanğıcı olmalıdır.

Amma biz görürük ki, Rusiya yeni və sabitliyi pozan nüvə silahlarını genişləndirməkdə davam edir. Bizə elə sazişlər lazımdır ki, bu sazişlər Çin kimi daha çox ölkələri də əhatə etsin. Ona görə də silahlara nəzarət rejimi yeni reallıqları da nəzərə almalıdır.

NATO silahlara nəzarət, tərksilah və onların yayılmaması üçün möhkəm və uzunmüddətli öhdəliklərə sadiqdir və biz gələcəkdə silahlanmaya nəzarət üzrə Avropa və Şimali Amerikanın məsləhətləşmələri üçün unikal platforma olaraq qalırıq. Çünki bu, dünyanı qorumağa kömək edir.

İndi isə suallarınıza cavab verməyə hazıram”. (Mətnin tərcüməsi Ovqat.com-a aiddir)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO Rusiya ilə dialoqun davam etdirilməsini istəyir

    NATO Rusiya ilə dialoqun davam etdirilməsini ...

    2-12-2020, 10:54

  • 
  • NATO Rusiya ətrafında həlqəni daraldır

    NATO Rusiya ətrafında həlqəni daraldır ...

    2-04-2014, 11:28

  • 
  • NATO-dan Gürcüstana vacib mesaj

    NATO-dan Gürcüstana vacib mesaj ...

    15-09-2018, 11:33

  • 
  • NATO Türkiyəyə dəstək oldu

    NATO Türkiyəyə dəstək oldu ...

    12-05-2013, 16:29

  • 
  • NATO-dan Rusiyaya göz dağı

    NATO-dan Rusiyaya göz dağı ...

    9-03-2015, 15:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu