GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ağ Ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”

Ağ Ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”

Tarix: 26-04-2021, 14:14 Bölmə :Dünya Baxış: 353
Ağ Ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”


ABŞ-ın “NBC News” kanalının internet səhifəsində ABŞ-Türkiyə münasibətlərindəki problemlər, Baydenin “erməni soyqırımı”nı tanımasının səbəbləri haqda məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun böyük elmi işçisi Soner Çaqaptaydır.

Məqalədə qeyd olunur ki, Cozef Bayden ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan yalnız üç ay sonra Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib: “Bu, bir vaxt ABŞ-ın Yaxın Şərq, Cənub-Şərqi Avropa və Şərqi Aralıq dənizində ən yaxın strateji müttəfiqlərindən olan Türkiyənin statusunun zəifləməsinə işarədir”.

Müəllif əlavə edir ki, Ankara üçün Baydenin üç ay sonra zəng etməsindən də pis məqam onun həmin zəng zamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin öldürülməsini “soyqırımı” kimi tanıyacağını deməsi olub: “Bəs Baydenin Ərdoğana belə təkəbbürlü münasibətinin səbəbi nədir? Niyə Bayden Ağ evdəki sələflərinin heç birinin atmadığı addımı atdı? Bayden əlbəttə ki, bunu qəzəbindən eləmir. O, sadəcə anlayır ki, uzun illərdən bəri ilk dəfədir Ərdoğan ABŞ-a daha çox ehtiyac duyur. Bayden isə bundan Ərdoğana təsir vasitəsi kimi yararlanır, bununla onun bəzi davranışlarını, o cümlədən demokratiya əleyhinə fəaliyyətini və Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrini dəyişdirə biləcəyini düşünür”.

“İndi problem onda deyil ki, Bayden Ərdoğana qəzəblidir, problem ondadır ki, bütün ABŞ hökuməti Ərdoğana qəzəblidir” yazan Soner Çaqaptay bildirir ki, Ağ ev administrasiyasının içində və çölündə olanların əksəri Ərdoğana ABŞ-ın regional maraqlarına təhlükə doğuran bir avtokrat kimi baxır: “Bir vaxt Türkiyə müsəlman ölkələri arasında demokratiya mayakı idi. Ərdoğanın ədalətli seçkiləri, söz azadlığını və müstəqil məhkəmə sistemini boğması Türkiyəni amerikalıların gözündən saldı. Bir vaxt Türkiyə strateji baxımdan Qərbə çox bağlıydı, bu onu NATO-nun Şərqdə ən mühüm müttəfiqinə çevirmişdi. Ancaq Ərdoğanın hakimiyyəti dövründə Türkiyə NATO ilə tez-tez didişməyə, hətta bəzən onun işinə mane olmağa başladı”.

ABŞ-Türkiyə münasibətlərini 20 ildir izlədiyini vurğulayan Soner Çaqaptay yazır ki, əvvəllər qayda belə idi: ABŞ-da prezident seçkisində ermənilərə “soyqırımı” tanıyacağını vəd edən namizəd qalib gələn kimi ölkənin müvafiq qurumları onu əhatəyə alıb başa salırdı ki, “soyqırımı” tanımaq olmaz, çünki arada Türkiyə var: “Əvvəllər ABŞ-ın Müdafiə Nazirliyi Türkiyəni qiymətli müttəfiq hesab edirdi. Bu da Ankara ilə əlaqələrin seçkiqabağı “soyqırımı” vədindən üstün tutulmasına yardım göstərirdi. İndi belə deyil. Bu gün bir sıra problemlərə, xüsusilə də Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini almasına qəzəblənən Pentaqon daha Vaşinqtonla Ankara arasında münasibətləri yaxşılaşdırmaqda maraqlı deyil.

Bundan başqa, ABŞ Konqresi Türkiyəyə münasibətdə Pentaqondan və Baydendən də sərt mövqedədir. Konqresin bir çox üzvü “soyqırımı”nın tanınmasına israr edən erməni seçiciləri təmsil edir. Rusiyadan raket əleyhinə müdafiə sistemi aldığına görə artıq Ankaraya sanksiya tətbiq etmiş bu qanunverici orqan, məncə, ABŞ prezidentini fakt qarşısında qoyub Türkiyəni Ərdoğanın həm də başqa hərəkətlərinə görə cəzalandırmaq istəyir”.

Məqalədə qeyd olunur ki, Ərdoğanın Bayden administrasiyasına uyğunlaşacağı ağlabatan deyil: “Evdə onun nüfuzu zəifləyib, Ərdoğan Türkiyə cəmiyyəti üzərində avtoritar nəzarətini azaltsa, onsuz da güdükdə durmuş müxalifət əhalini ona səs verməməyə qaldıra bilər. Xaricdə isə Ərdoğan Putinlə o qədər yaxınlaşıb ki, ondan uzaqlaşa biləcəyi real görünmür. Ərdoğan S-400 sistemlərini Rusiyaya geri qaytarsa, Putin dərhal ticarət və turizm sanksiyaları tətbiq edib Türkiyənin onsuz da zəifləmiş iqtisadiyyatına zərbə vura bilər. Bu isə ölkədə Ərdoğana dəstəyi daha da azaldar.

Hərbi cəbhəyə gəlincə, Putin yaxın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsədin üsyançıların əldə saxladığı İdlibə hücuma keçməsinə yaşıl işıq yandıra bilər. Onda minlərlə suriyalı qaçqın Türkiyəyə axışar. Ankara artıq Suriyadan 3,6 milyon qaçqını qəbul edib. Türkiyədə iqtisadi inkişafın geriləməsi və qaçqınlardan narazılığın artması fonunda qaçqın sayının birdən-birə kütləvi şəkildə çoxalması elə sosial və siyasi problemlər doğura bilər ki, buna tab gətirmək Ərdoğana çətin olar.

Putin həmçinin öz müttəfiqlərinin Liviyada, Cənubi Qafqazda Türkiyə və Türkiyənin müttəfiqləri ilə bağladığı kövrək atəşkəs sazişlərini poza bilər. Bu, Ankaranın maraqlarını daha ağır zərbə altında qoya, Ərdoğana isə ayrıca şəxsi problemlər yaradıb onun ölkədə formalaşmış qlobal lider imicini korlaya bilər. Həmişə düşünürdüm ki, Ərdoğan Baydenlə Putin arasında qalsa, Putini seçəcək. Bunun hesabını ödəmək isə elə də çox çəkməyəcək”.

Müəllifin fikrincə, bütün bu faktorlar Ərdoğanın ABŞ-ın “erməni soyqırımı”nı tanımasına qarşı müqavimətini zəiflədib və Baydenin niyə məhz indi hərəkətə keçməsinin bir səbəbi də budur: “Türkiyə iqtisadiyyatı laxlayır. Ərdoğanın Vaşinqtonla münasibəti düzəlməsə, bu, Türkiyə iqtisadiyyatını çökdürə bilər”.

Soner Çaqaptay hesab edir ki, hazırda Ərdoğan bu dinamikanı dəyişməli və Baydenlə yola getməyi bacardığını göstərməlidir: “Ərdoğan Baydenin saymazyana münasibətinə səbirlə yanaşdı. İndi onun Amerikanın “soyqırımı” siyasətini kəskin dəyişməsinə də səbirlə yanaşmaqdadır.

Ərdoğanın siyasi bioqrafiyasını yazmış bir insan kimi bilirəm ki, o, lazım gələndə həddən artıq, hətta Makiavellinin ardıcılları qədər praqmatik ola bilir. Əminəm ki, Baydenin seçdiyi yola münasibətdə nə qədər təmkinli, ölçülü-biçili sözlər işlətsə də, Türkiyə iqtisadiyyatı dirçələn kimi Ərdoğan ABŞ prezidentindən qisas almağa məqam axtaracaq”./novator.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

    Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı ...

    18-01-2021, 10:01

  • 
  • Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir

    Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen ...

    30-11-2020, 10:07

  • 
  • İŞİD-in ən böyük düşməni

    İŞİD-in ən böyük düşməni ...

    23-11-2014, 11:31

  • 
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • İlham Əliyev Ərdoğana zəng vurdu

    İlham Əliyev Ərdoğana zəng vurdu ...

    26-02-2021, 17:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu