Gürcüstanda koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran vətəndaşlar üçün müəyyən güzəştlərin tətbiqi məsələsi nəzərdən keçirilir.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərə açıq havada qoruyucu maska taxmamağa və komendant saatının tələblərinə riayət etməməyə icazə verilə bilər: “Bir sıra ölkələrdə tam peyvəndlənmə kursunu keçənlərdən açıq məkanlarda maskadan istifadə tələb olunmur. Onlar üçün bəzi digər məhdudiyyətlər də aradan qaldırılır”.
Baş epidemioloq qeyd edib ki, mayın 15-dək Gürcüstanda 14 minə yaxın şəxs tam vaksinasiyadan keçəcək./report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?