Hindistanda son sutka ərzində 379 257 nəfər koronavirusa yoluxub, 3 600-dən çox xəstə ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.
GundemXeber.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 18,3 milyondan çox insan COVID-19-a yoluxub, 15 milyondan çox xəstə sağalıb və 204 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.
Sorğu
Yeni dizaynımız necədir?