Oktaybrın 24-24-də Belorusun paytaxtı Minsk şəhərində MDB dövlət başçılarının sammiti çərçivəsində Rusiya, Belorus və Qazaxstan dövlət başçılarının iştirakı ilə Avrasiya Ali İqtisadi Şurasının iclası keçirləcək. Modern.az saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasına qatılacaq. İclasda dövlət başçıları Avrasiya məkanında inteqrasiya imkanlarının əsas istiqamətlərini müzakirə edəcəklər. Hər üç prezident 2015-ci il yanvarın 1-də yaradılacaq Avrasiya İqtisadi İttifaqının formalaşması üçün fikir mübadiləsi aparacaq. Dövlət başçıları Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş üzərində aparılan işləri müzakirə edəcəklər. Toplantıda ticarət, rəqabət sahələrində və Avrasiya İqtisadi komissiyanın fəaliyyəti ilə bağlı bir sıra sənədlər imzalanacaq. MDB dövlət başçlılarının iclasında isə qarşılıqlı ticarət-iqtisadi perspektivlərin genişləndirilməsi məsələləri müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Azərbaycan Vahid Gömrük İttifaqına qoşulmaqdan imtina edib. Rəsmi Bakı özünün Avrasiya İqtisadi Məkanı ilə bağlı mövqeyini bildirməyib. Amma Azərbaycan bu birliyə mənfi münasibətini müxtəlif vasitələrlə ortaya qoyub. Elə bu gün Azərbaycan bir daha Avrasiya İttifaqı ilə bağlı öz mövqeyini bir daha açıqlayıb. Xarici işlər nazirinin müavini Araz Әzimov Azərbaycanın Avrasiya Gömrük İttifaqına qoşulmasına dair səslənən təkliflərə münasibət bildirib. A.Әzimov jurnalistlərə bildirib ki, bu cür birliklərin yaradılması hələlik başlanğıc mərhələsindədir.
A.Əzimovun sözlərinə görə, bütövlükdə, Azərbaycan daha geniş formatlarda əməkdaşlıqda iştirak edən dövlətdir.
“Hazırda Azərbaycan iqtisadi və siyasi çərçivələrdə daha geniş töhfələr verir. İnanmıram ki, biz 360 dərəcəyə baxan siyasətə dəyişiklik etməliyik. Çünki Azərbaycan beynəlxalq cəmiyyət və təşkilatların üzvüdür. Odur ki, birtərəfli qərarların verilməsində mən böyük mənfəət görmürəm".
Nazir müavininin fikrincə, digər tərədən isə Azərbaycan özünə güvənən və öz milli təbii və iqtisadi resurslarından faydalanan ölkədir: "Regional çərçivədə isə Azərbaycanın bu potensialından bəhrələnən ölkələr də var. Azərbaycan xarici ölkələrə xeyir verən və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən dövlətdir. Bütün bunlara görə də hər hansı birtərəfli formata daxil olmağımız məncə uyğun olmazdı. Çünki Azərbaycan bir istiqamətə baxmamalıdır. Azərbaycan bütün tərəflərdə öz maraqlarına uyğun iştirak edir"-deyə XİN rəsmisi vurğulayıb.
Avropa da Putinin Avrasiya İttifaqı ideyasından ciddi narahatlıq keçirir. Xatırladaq ki, Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Şrefan Fule bir ay öncə Rusiyanın Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrə təzyiq göstərməsi ilə bağlı narahatlığını ifadə edən bəyanatla çıxış edib. Ayrı-ayrı hallarda Rusiyanın belə addımlarını "hədə-qorxu" kimi qiymətləndirən Ştefan Fule bəyanatda qeyd edir ki, "Avropa İttifaqının bəzi tərəfdaşları dəhşətli təzyiqlə üzləşib". Bir daha Rusiyanın yaratdığı Gömrük İttifaqına üzvlüyün Avropa Birliyi ilə azad ticarət zonası haqqında müqavilə ilə yanaşı imzalanmasınının mümkünsüzlüyünü ifadə edən Fule bunun səbəbini fərqli iqtisadi maraqlarla əlaqələndirir. "Sadə dilnən desək Avrasiya İqtisadi Birliyi bizim tərəfdaşlarımızın suveren qərarlarını nəzərə almalı və hörmətlə yanaşmalıdır. Rusiyanın Avropa Birliyi ilə imzalanacaq istənilən müqaviləyə qarşı təhdidləri qəbuledilməzdir. Bu təhdidlər aşağıdakı forma və motivlərdə özünü birüzıə verir: energetika sahəsinə qiymətlərin yanlış hesablanması, gömrqük sənədləşməsi daxil olmaqla ticarət sahəsində süni maneələr, malların idxalına qadağa qoyulması, uzunmüddətli konfliktlərdə hərbi sahədəki əməkdaşlıqdan və təhlükəsizlik təminatından sui-istifadə-deyə Ştefan Fule qeyd edib. XXI əsrdə bizim qitədə ölkələr bir-birilə belə münasibət qurmamalıdır.
Rusiya isə Avrasiya İttifaqını 2015-ci il yanvarın 1-dən elan etməyə hazırlaşır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?