GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanın sərhəddə “neytral oyunu": Bu cəhd Laçın dəhlizinin itirilməsi deməkdir - NƏ BAŞ VERİR?

Ermənistanın sərhəddə “neytral oyunu": Bu cəhd Laçın dəhlizinin itirilməsi deməkdir - NƏ BAŞ VERİR?

Tarix: 25-05-2021, 14:08 Bölmə :Dünya Baxış: 292
Ermənistanın sərhəddə “neytral oyunu": Bu cəhd Laçın dəhlizinin itirilməsi deməkdir - NƏ BAŞ VERİR?



Ermənistan mediası və siyasi dairələri Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla imzalamağa razı olduğu sənədin detallarını təhlil edir.

Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanması təklif edilən yeni bəyanatın ermənilərə hansı siyasi divident gətirə biləcəyi sualına cavab axtarılır. Qeyd edək ki, N.Paşinyan hökumətin iclasında və parlamentdəki çıxışlarında Azərbaycan razılıq verəcəyi təqdirdə sərhədlərin müəyyənləşməsi ilə bağlı yaranmış problemi həll etmək üçün özünün tərtib etdiyi sənədi imzalamağa hazır olduğunu deyib.

Paşinyan onu da bildirib ki, bu sənəd Ermənistanın maraqlarına 100 faiz cavab verir. Ermənistanın Baş naziri mayın 20-də parlamentdə çıxışı zamanı həmin sənədin tam mətnini ictimaiyyətə təqdim edib.

Məlum olub ki, Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin özünün adından birgə bəyanat imzalanmasını təklif edir. Həmin bəyanatda Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması öz əksini tapıb.

Qeyd edilir ki, may ayının 31-nə qədər Azərbaycan və Ermənistan komissiya tərkibində məsləhətləşmələr aparmaq üçün öz milli nümayəndə heyətini formalaşdırmalıdır. Komissiya 2021-ci il iyunun 30-dək ilk iclasını keçirməli, nəticələrə uyğun olaraq, əsas istiqamətlərin siyahısını və iş qaydasını formalaşdırmalı, həmçinin hakimiyyət orqanlarının və təşkilatların vəzifəli şəxsləri arasından ekspert qruplarının tərkibini təsdiq etməlidir.

Ekspert qrupları komissiyanın iclasından sonra bir ay müddətində görülən tədbirlərin siyahısını təqdim etməli, bu bəyanatdan irəli gələn bütün məsələlər üçtərəfli razılaşma əsasında siyasi-diplomatik yollarla həll olunmalıdır. Ancaq bu sənəddə Ermənistanın “100 faiz xeyrinin” nədən ibarət olması göstərilməyib. Bu isə deməyə əsas verir ki, Paşinyanın təqdim etdiyi bəyanat haqqında danışdığı sənədin ya təm mətni deyil, ya da Ermənistana əlavə siyasi dividentlər gətirəcək belə bir bəyanat yoxdur.

Onun sözləri daha çox siyasi blefdir və seçkiqabağı daxili rəyə hesablanıb. Son günlər Paşinyanın “Ermənistan ərazisində Azərbaycana məxsus, Azərbaycan ərazisində isə Ermənistana məxsus ərazilər var” deməsindən sonra Baş nazirin Gədəbəy rayonunun Başkənd kəndinə iddia etdiyi və “100 faiz xeyir” ifadəsini işlədərkən məhz bunu nəzərdə tutduğuna dair məlumatlar yayıldı.

Söhbət Qazax rayonunun işğal altındakı yeddi kəndinin (Yuxarı Əskipara, Bağanıs Ayrım, Kəmərli, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Xeyrimli) və Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması müqabilində Başkəndin yenidən Ermənistanın inzibati ərazi vahidinə daxil edilməsindən gedir. Ancaq qeyd edilən təklif həmin bəyanatda öz əksini tapmayıb. Erməni politoloq Sergey Melkonyan bildirir ki, yeni sazişlə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu da Ermənistanın Qarabağı birdəfəlik itirməsi deməkdir. İkincisi, anklavların verilməsi ilə Azərbaycan Ermənistanın strateji nəqliyyat marşrutları üzərində nəzarəti ələ alır. Anklavlar deyərkən Qazax rayonunun kəndləri nəzərdə tutulur.

Üçüncüsü, kommunikasiyaların blokdan çıxarılması əslində, Ermənistan ərazisindən dəhlizlərin açılması deməkdir ki, bu da uzunmüddətli perspektivdə erməni əhalisinin Sünik (Zəngəzur) və Geğarkunikdən (Göyçə mahalı və Çəmbərəkkənd rayonunun 6 kəndindən ibarət vilayət) çıxmasına səbəb olacaq. Təbii ki, Melkonyanın açıqlamasında şişirdilməyə yol verilir. Çünki Ermənistanın blokadadan çıxması yalnız bu ölkənin inkişafına səbəb ola bilər. Buna baxmayaraq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, anklavların qaytarılması, Zəngəzur dəhlizinin açılması barədə Paşinyanın hazırladığı bəyanatda heç bir bənd yoxdur. Deməli, ictimaiyyətə açıqlanan sənəd sadəcə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılmasını nəzərdə tutan təkliflərdən ibarətdir.

Qalan məsələlər isə konfessional xarakter daşıdığından açıqlanmayıb. Bu, yalnız qapalı danışıqlarda müzakirə olunacaq mövzudur. Ona görə də Paşinyanın təklifləri Ermənistanda deyil, Azərbaycan tərəfində də bir sıra suallar yaradıb. Ermənistan rəsmilərinin son aylar mediada və sosial şəbəkələrdə söylədiyi fikirlər həmin təkliflərdən birini müəyyənləşdirmək imkanı verir. Belə ki, Ermənistan hakimiyyəti Azərbaycanla sərhədlərin demarkasiyası prosesi zamanı təhlükəsilzik zonasının yaradılmasını təklif edir. Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini, general-leytenant Stepan Melkonyan hələ mart ayında Zəngəzura səfəri zamanı ilk dəfə bu barədə danışmışdı.

Şurnux kəndinin yarısının və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Azərbaycanın nəzarətinə keçməsinə etiraz edən erməni sakinlərlə görüşən Melkonyan sərhədlərin demarkasiyasından sonra onların təhlükəsizliyinin tam təmin olunacağını vəd etmişdi. Rəis müavininin açıqlamasına görə, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində neytral zonanın yaradılmasını təklif edir. Bu təklif həm Azərbaycan, həm də Ermənistan tərəfdən qoşunların dövlət sərhədindən 1 kilometr geri çəkilməsini nəzərdə tutur. Lakin indiyə qədər Paşinyan bu barədə rəsmi açıqlama verməyib.

Stepan Melkonyan aprel ayının sonunda növbəti dəfə bu mövzuya qayıdıb. O, KİV-ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin cənub-şərq hissəsində neytral zona yaradılmalıdır. Belə bir zolağın yaradılması gələcəkdə həmin ərazidə insidentlərin baş verməsinin qarşısını ala bilər. “Neytral zonanın xüsusilə, bölgə sakinləri ilə qarşı tərəfin hərbçiləri arasında əlaqələrin istisna edildiyi hər iki tərəfdən olması ehtimal edilir”,-deyə MTX-nin direktor müavini bildirib. Onun sözlərinə görə, Ermənistanın Sünik bölgəsində Azərbaycanla sərhədin delimitasiyası və sonradan demarkasiyasına qədər tam təhlükəsizlik barədə danışmaq olmaz.

Mayın 22-də isə Ermənistanın insan hüquqları üzrə müvəkkili Arman Tatoyan Azərbaycanla sərhəddə təhlükəsiz zonanın yaradılması məsələsini yenidən gündəmə gətirib.

“Delimitasiya prosesi on illərlə olmasa da, illərlə davam edə bilər. Lakin sadalanan şərtlər daxilində Ermənistan Respublikası vətəndaşlarının, Ermənistanın sərhəd icmalarının sakinlərinin hüquqlarının real təmin edilməsinin aktuallığı Sünik və Geğarkunik ətrafında-Azərbaycanla bütün sərhəd məntəqələrində təhlükəsizlik zonasının yaradılmasını tələb edir. Delimitasiya təhlükəsizlik zonası yaradıldıqdan sonra və ya ən azı bu prosesə paralel olaraq həyata keçirilə bilər. Mövcud konsepsiyanı biz indi ümumiləşdiririk. Pozulmuş normal həyatı, Ermənistan vətəndaşlarının, ilk növbədə sərhədyanı rayonların sakinlərinin hüquqlarını bərpa etmək üçün Azərbaycan hərbçiləri, bayraqları və lövhələri icmalar arasındakı yollardan və Ermənistandakı kəndlərin ətrafından çıxarılmalıdır”,-deyə ombudsman bəyan edib.

O, hazırkı şərtlər daxilində delimitasiya prosesinin aparılacağı təqdirdə, bölgədə gərginliyin artacağını və sülhün təmin olunmayacağını qeyd edib.

Beləliklə, Paşinyan hökumətinin sərhədlərin müəyyənləşməsi ilə bağlı hazırladığı sənədin Ermənistanın maraqlarına cavab verən hissəsinin nədən ibarət olduğunu söyləmək mümkündür. Ermənistan Zəngəzur və Göyçə mahalı istiqamətində neytral zona yaradılmasına nail olmaqla Azərbaycanın sərhəddən 1 kilometr geri çəkilməsini istəyir. Bununla da Ermənistan sakinlərinin təhlükəsizliyini təmin etmək adı altında Azərbaycanın 44 günlük müharibədən sonra Zəngəzur sərhəddi boyunca geri qaytardığı əraziləri yenidən nəzarət altına almağı planlaşdırır.
Əgər əvvəllər general-leytenant Stepan Melkonyan neytral zonanın Azərbaycanla sərhədin cənub-şərq hissəsində, yəni Zəngəzurda yaradılmasını təklif edirdisə, ombudsmanın açıqlaması erməni tərəfinin analoji prosesi son günlər Laçın-Kəlbəcər istiqamətində də reallaşdırmaq niyyətindən xəbər verir. Ermənistan Azərbaycanın bu təklifə razı salmaqla 2775,5 metr hündürlüyündə Qaragöl, 3885 metr yüksəkliyə malik Böyük İşıqlı dağına olan iddiasını təmin etməyə çalışır. Bununla da Ermənistan Laçın dəlizinə nəzarəti tam ələ keçirə bilər.

Buradan Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyin indiyə qədər nə üçün yerinə yetirilmədiyi də aydın olur. Ermənistan neytral zona yaratmaqla Azərbaycan hərbçilərini sərhəddən uzaqlaşdırmaq, Şurnux kəndini və Gorus-Qafan yoluna tam nəzarəti geri qaytarmaq istəyir. Bu isə Azərbaycanın Zəngəzura nəzarət imkanlarını itirməsi deməkdir. Yəni Ermənistan hökuməti Zəngəzur istiqamətində itirdiyi mövqeləri bərpa etdikdən sonra nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına razılıq verməyi düşünür. Azərbaycanın rəsmi İrəvanın təhlükəsizlik zonası yaratmaq təklifinə razılaşacağı heç cür inandırıcı görünmür. Qaragöl ətrafında baş verənlər bunu sübut edir.

Sərhəd qarşıdurmasının nədən qaynaqlandığını indi daha dəqiq söyləmək olar. Ermənistanın neytral zona yaratmaq adı altında oyunu pozmaq cəhdləri Azərbaycanı adekvat addımlar atmağa vadar edib. Əslində, ermənilər Azərbaycanı bu hiyləyə inandırıb razı sala bilsə, növbəti mərhələdə əhalinin təhlükəsizliyi adı altında neytral zonanın sərhəddin şimal-qərb hissəsində də yaradılması təklifini irəli sürə bilər. Dəqiq desək, Azərbaycan ordusunun Qazax istiqamətində sərhəddən 1 kilometr geri çəkilməsi yeddi kəndin həmişəlik işğal altında qalması deməkdir. Paşinyanın da “Ermənistanın 100 faiz xeyiri” barədə verdiyi mesajların arxasında hansı siyasi motivlərin gizləndiyi buradan məlum olur./Cebhe.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan: “Azərbaycanla yeni sənədi imzalamağa hazıram”

    Paşinyan: “Azərbaycanla yeni sənədi imzalamağa ...

    20-05-2021, 13:28

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Paşinyan Qarabağda müharibə riski haqda

    Paşinyan Qarabağda müharibə riski haqda ...

    20-07-2018, 15:37

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu