Bu ilin yanvar-mart aylarında Ermənistanda donuz əti istehsalının həcmi azalıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Statistika Komitəsinin açıqladığı məlumata istinad edən qəzet yazır ki, bu ilin ilk üç ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə donuz əti istehsalının həcmi 6,4% azalıb.
"Eyni zamanda, donuz ətinin qiyməti 3500-3800 drama yüksəlib. Keçən il Ermənistana 2019-cu ilə nisbətən daha az donuz idxal edilib. Aidiyyəti qurumlardan verilən məlumata görə, 2020-ci ildə Ermənistan 129, 2019-cu ildə isə 605 donuz idxal edib. Mütəxəssislərin fikrincə, donuz əti istehsalının azalmasının səbəbi də budur", - deyə nəşr qeyd edib.
“Joxovurd” qoyun əti istehsalının həcminin artmasına baxmayaraq, bu ətin qiymətinin də qalxdığını qeyd edib:
"Bu ilin yanvar-mart aylarında qoyun əti istehsalının həcmi 10,1% artıb. Buna baxmayaraq qoyun əti baha qiymətə satılmaqda davam edir. Uzun müddətdir ki, qoyun əti 4500 dram dəyərindədir. Qeyd edək ki, qoyun əti Ermənistana əsasən İran İslam Respublikasından ixrac olunur".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?