Fransa prezidenti Emmanuel Makron Drom rayonunda sakinlərlə söhbət zamanı vətəndaşlardan birinin onu sillələməsinə münasibət bildirib. Bu barədə o, regional “Le Dauphine” saytına açıqlama verib. Makron hadisəni şişirtmənin tərəfdarı olmadığını söyləyib.
"Gəlin, bu hadisəni şişirtməyək. Bu, diqqəti əksəriyyəti narahat edən digər problemlərdən yayındırmamalıdır", - Makron əlavə edib.
Qeyd edək ki, ötən gün Makron Drom rayonuna səfəri zamanı onu gözləyən insanlarla salamlaşmağa başlayıb. Bu zaman bir nəfər onu sillələyib.
Sorğu
Yeni dizaynımız necədir?