Ermənistan polisinin xüsusi qüvvələri bu gün səhər ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan“ blokuna daxil olan “Daşnaksütyun” Partiyasının Gənclər Təşkilatının 10-dək üzvünü saxlayıb.
Gənc fəallar baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil ediblər. Fəallar özləri ilə gətirdikləri çiyələyi, konfetləri və alt paltarlarını binanın yaxınlığında tullayıblar. Etiraz əlaməti olaraq bu ərzaq məhsulları və əşyaların seçilməsi də təsadüfi deyil. Belə ki, Paşinyan ordu sahəsində islahatlar barədə öz çıxışlarında əvvəlki hakimiyyətlər dövründə valideynlərin öz əsgər övladlarına alt paltarı göndərməli olduqlarını dəfələrlə qeyd edib. Çiyələk mövsümi giləmeyvə kimi yayın əvvəlindən etibarən hərbçilərin qida rasionuna daxil edilib. Konfetə gəlincə, baş nazir vəzifəsinin icraçısı bu yaxınlarda özünün seçki kampaniyası zamanı əvvəllər əsgərlərin alçaldıldığını, onların qabağına bir ovuc konfet atıldığını, onların isə bunu qamarlamaq üçün torpağı cırmaqladıqlarını bildirib. Bu ifadə həmin vaxt böyük səs-küyə səbəb olmuşdu. Paşinyanı əsgərləri alçaltmaqda ittiham etmişdilər. /report/
Sorğu
Yeni dizaynımız necədir?