Yumurta qıtlığı və bu məhsulun qiymətində artım başlıca olaraq ölkənin qeyri-düzgün iqtisadi siyasətindən irəli gəlir
Region Ermənistan yumurtasız, toyuqsuz qalıb. Bunun səbəbi isə pulsuzluqdur. Birincisi, yem bahalaşıb, ikincisi toyuq istehsalçıları bankdan sərfəli kredit götürə bilmirlər. Bu rəsmi tərəfin mövqeyidir. Amma Ermənistan İstehlakçılar Assosiyasıyasının sədri Armen Poqosyan hesab edirlər ki, yumurta qıtlığı və bu məhsulun qiymətində artım başlıca olaraq ölkənin qeyri-düzgün iqtisadi siyasətindən irəli gəlir.
Hakimiyyət başında duranlar bütün tənzimləyici orqanlara mümkün qədər qısa vaxt ərzində qiymətlərin qalxmasını və toyuq məhsullarının qıtlığının səbəblərini araşdırmağı tapşırıb. Bütün suallara Ermənistan Quşçular İttifaqının sədri Sergey Stepanov dəfələrlə cavab olaraq bildirib ki, bu bahalaşma və qıtlığın səbəbi yem qiymətlərinin artmasıdır. Bütün respublikada bunların qiymətində təxminən 70% artım olub. İqtisadi siyasətə gəlincə,o, bu barədə heç nə deməyib. Bunun səbəbi də aydındır, çünki birlik bağlana bilər.
Amma respublikanın sıravi vətəndaşını belə cavab, əlbəttə ki, qane etmir. O, soruşur ki, belə olan halda niyə başqa məhsulların, zəruri qida məhsullarının, ərzağın, qaz və elektrik enerjisinin, nəqliyyatın, qiyməti qalxır, burada ki yem tələb olunmur?
Yerli hazırcavablar hesab edirlər ki, qiymət artımı və toyuq məhsullarının qıtlığı hakimiyyət başında duranların sadə vətəndaşların sağlamlığının qeydinə qalması ilə bağlıdır. Artıq çəki nəyə lazımdır, az yemək, həmişə çalışmaq lazımdır ki, pul qazanmaq asan olsun, iş və ucuz ərzaq tapmaq mümkün olsun.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?