Ermənistan Müdafiə Nazirliyi iyul ayının 28-də törətdikləri təxribat nəticəsində 3 hərbçinin öldüyü, 2-nin isə yaralandığı barədə məlumat yaymışdılar. Sosial şəbəkələrdə əsgərlərin dəfn edildiyi "Erablur" qəbiristanlığında 6 ədəd qəbir qazılıb. Bu da erməniləri olduqca narahat edib. Onlar Müdafiə Nazirliyinin yalan məlumat verdiyini və insanları aldatdığını bildiriblər. Hətta ötən gün Ermənistan səhiyyəsi insanlardan xəstəxanaya gəlib qan verməyə çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?