Antaliyanın Manavgat bölgəsində dünən günorta saatlarından başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılaraq, yaşayış məntəqələrinə ciddi ziyan vurub. Türkiyə mətbuatı xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın bir çox evləri və nəqliyyat vasitələrini yararsız hala salıb. Yanğın nəticəsində tövlədə olan bir çox heyvanlar da tələf olub. Dəyən ziyan səbəbindən 4 məhəllə boşaldılıb. Qeyd edək ki, yanğından 62 nəfər zərər çəkib. Onlardan 3-ü yanıq, 2-i sınıq, 57-i tüstüyə məruz qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?