Türkiyədəki yanğınların 134-ü nəzarət altına alınıb.
Türk mətbuatı xəbər verir ki, Meşəçilik İdarəsinin müdiri Bəkir Karacabey yanğınlar haqqında məlumat verib. O, Türkiyənin müxtəlif vilayətlərində 144 meşə yanğınından 134-ünün 6 gün ərzində nəzarət altına alındığını, 5 bölgədə davam edən 10 yanğınla mübarizənin aparıldığını söyləyib.
Karacabəy bir çox nöqtədə eyni anda başlayan və hələ də nəzarət altına alınmayan yanğınların olduğunu qeyd edib. Eyni zamanda 16 su atıcı, 9 İHA, 45 helikopter, 6 idarəetmə helikopteri, 1 pilotsuz vertolyot, 805 su tankeri və su tankeri, 150 inşaat texnikası, 5200 şəxsi heyət, 51 helikopterin yanğınları söndürməyə çalışdığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?