Azərbaycanda saxlanılan erməni hərbi əsirlərinin yaxınları İrəvandakı Respublika meydanında hökumət binasının qarşısında gecələdilər. Onlar baş nazir Nikol Paşinyanla görüş tələbi ilə bir gün əvvəl başlayan etiraz aksiyasını davam etdirirlər.
Etiraz aksiyasının məqsədi, hökumət üzvlərindən və səlahiyyətli orqanlardan əsir götürülmüş oğulları haqqında məlumat almaqdır. Əvvəlki bütün görüşlər heç bir nəticə vermədiyinə görə onların buna ümidləri yoxdur. Amma etirazçılar bildirirlər ki, artıq gözləyə bilməzlər və hakimiyyəti hərbi əsirləri geri qaytarmaq üçün konkret addımlar atmağa məcbur etmək naminə hər şeyə-oturaq aksiyalara, aclığa-hazırdırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?