Rusiyanın cənubundakı Şimali Osetiya Respublikasında dəhşətli hadisə qeydə alınıb. Paytaxt Vladikavkazdakı xəstəxanalardan birində oksigen stansiyasının borusu yırtılıb. Hadisə nəticəsində 11 koronaviruslu xəstə həyatını itirib. Səhiyyə Nazirliyinin açıqlamasına görə, qəza zamanı 71 xəstə reanimasiyada olub və onlardan 13-ü “mexaniki ventilyasiya” ilə dəstəklənib. Ölən 11 xəstənin hamısı ventilyasiya ilə dəstəklənlər olub. Son məlumata görə, Rusiya ordusunun Mazdok şəhərindəki hərbi hissəsindən Vladikavkazdakı xəstəxanaya 1,5 ton oksigen ehtiyatı göndərilib. Rusiyanın İstintaq Komitəsi qəzadan sonra ölkədə təhlükəsizlik tələblərinə cavab verməyən və səhlənkarlıq nəticəsində ölümlə nəticələnən xidmətlərin aşkarlanması ilə bağlı cinayət işi açıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?