ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) immuniteti zəif insanlar üçün “Pfizer” və “Moderna” koronavirus peyvəndlərinin üçüncü dozasını təsdiqləyib.
“Arqumentı i Faktı” portalının məlumatına görə, bu barədə qurumun saytında xəbər verilib.
Bildirilir ki, ölkədə koronavirus pandemiyasının daha bir dalğası başlayıb. İmmun sistemi zəif olan insanlar üçün xəstəliyin ağırlaşma riski var. Bu səbəbdən peyvəndin “buster” dozasına (üçüncü doza) ehtiyac ola bilər./oxu.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?