GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Taliban”a görə “İŞİD”lə “Əl-Qaidə” xortlaya bilər

“Taliban”a görə “İŞİD”lə “Əl-Qaidə” xortlaya bilər

Tarix: 24-08-2021, 11:20 Bölmə :Dünya Baxış: 327

Azərbaycandan Əfqanıstana gedənlər olacaqmı; ekspertlərdən acıqlama:

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması təslim olmayan sonuncu ərazini - Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb. “Yeni Müsavat” xəbər verir ki, “Taliban” məsələni sülh yolu ilə nizamlamağa çalışır. Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri mübarizə üçün toplaşıblar. Ən mürəkkəb relyefə malik əyalət - 140 mindən çox əhalisi olan Pəncşir Kabildən çox da uzaqda deyil. Pəncşir ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. “Taliban”, hətta 1990-cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirərkən buna nail ola bilməyib. Ona görə əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.

Xəbərlərə görə, “Taliban” qüvvələri Pəncşir vadisinin girişində ağır itki veriblər və 300-ə yaxın döyüşçü itiriblər. Bir qrup talibin əsir götürüldüyü bildirilir. Lakin şah Məsudun oğlu Əhməd Məsudun çox uzunmüddətli müqavimət immuniteti görünmür. Artıq dünyanın nəhəng ölkələri belə “Taliban”a əl uzadırlar və belə şəraitdə dəstəksiz qalacaqsa, Pəncşirin dirənişi çox çəkməyəcək. “Taliban” Əfqanıstan prezidenti Əşrəf Qani və vitse-prezident Əmrulla Saleh haqqında da amnistiya elan edib. Bunu hərəkatın yüksək vəzifəli lideri Xəlil ur Rəhman Hakkani Pakistanın Geo TV telekanalına bildirib. “Onlar istəsələr, ölkəyə qayıda bilərlər. Biz öz tərəfimizdən bizə qarşı döyüşmüş generaldan tutmuş adi insana qədər hamını bağışlayırıq. Əfqanıstan rəhbərliyi ilə bizim aramızda düşmənçilik yalnız dinlə bağlı olub”, - deyə o bildirib. 

Bu arada isə ABŞ-ın müdafiə naziri Lloyd Austin amerikalılar və əfqanları Kabildən çıxarıldıqdan sonra çatdırıldıqları təhlükəsiz yerlərdən aparmaq üçün ABŞ-ın altı hava yolları şirkətinə məxsus 17 sərnişin təyyarəsindən istifadəsinə göstəriş verib. Son 30 ildə üçüncü dəfədir ki, ABŞ orduya yardım üçün sərnişin təyyarələrindən istifadə edir. Böyük Britaniya müdafiə naziri Ben Vallas isə deyib ki, Türkiyə və Pakistanda Əfqanıstandan olan miqrantlar üçün qaçqın düşərgəsi yaratmağı planlaşdırırıq. O bildirib ki, sözügedən ölkələrdə miqrasiya mərkəzləri yaradılacaq. Nazir əlavə edib ki, 31 avqustdan öncə heç bir ölkənin Əfqanıstandan təxliyəsi tamamlanmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Şurası rəhbəri Şarl Mişellə telefon söhbəti zamanı ölkəsinin daha miqrant qəbul edə bilməyəcəyini bildirmişdi.

Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı polkovnik Riçard Kamp söyləyib ki, prezident Baydenə impiçment edilməməlidir: “O, əslində taliblərə təslim olan ABŞ ordusunun baş komandanıdır. Amerika Birləşmiş Ştatları və silahlı qüvvələrinə xəyanət etdiyi üçün hərbi tribunal qarşısında çıxış etməlidir”.

Yeri gəlmişkən, “Taliban tezliklə ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq. Təşkilatın nümayəndəsi Zabiulla Mücahid deyib ki, Əfqanıstanın aparıcı siyasətçiləri ilə sıx təmasdayıq, kifayət qədər səmərəli dialoq aparılır.

Beləliklə, gözümüzün qarşısında, XXI əsrdə marginal qüvvə kimi tanınan taliblər siyasi hakimiyyətə təkbaşına yiyələniblər. Onlardan fərqli olaraq, Yaxın Şərqin qorxunc terrorçu qruplaşması İŞİD geri çəkildi, “Əl-Qaidə arxivə qovuşdu, ”Taliban" iqtidara gəldi. Ancaq bu qələbə Yaxın Şərqdə silahlı təşkilatları ruhlandıra bilər. Hətta İŞİD və “Əl-Qaidə”nin dirçəlməsini istisna etməyənlər var.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a qeyd etdi ki, bir neçə il qabaq dövlət olmayan İŞİD yaranmışdı: “Hamı deyirdi ki, onun dünyaya təsiri olacaqmı? Amma təsir elə böyük oldu ki, hətta Azərbaycandan rəsmi rəqəmlərə əsasən, 900 adam bu terrorçu birləşməyə qoşuldu. Bu azmış kimi, Azərbaycanı hədələdilər, terror baş verməsə də, gərgin günlər yaşatdılar. Təsəvvür edin, İŞİD qondarma dövlət idi, bu isə BMT tərəfindən tanınan Əfqanıstandır və ölkəni silahlı dəstə idarə edir".

İlham İsmayıl: “İŞİD və “Əl-Qaidə”nin gizlənmiş dəstələri birləşəcəklər, Azərbaycandan ailəsi ilə Əfqanıstana gedənlər olacaq, necə ki, Suriyaya getmişdilər”

İ.İsmayılın fikrincə, Əfqanıstanda müəyyən məzhəb davası olacaq, ikinci və üçüncü ölkələr bir-birinə qarşı talib variantından istifadə edirlər: “Yəni radikal qruplar Azərbaycanda olub. Məsələn, sən çadra haqda fikrini yazırsan, sosial mediada ajiotaj yaranır. Mənə elə gəlir ki, Azərbaycandan ailəsini götürüb Əfqanıstana gedənlər də olacaq. Necə ki, İŞİD yarananda ailəsi ilə birgə İraq və Suriyaya getmişdilər. Əslində qoy getsinlər, azalsalar yaxşıdır. Amma fakt budur ki, özlərinə tərəfdaş axtarırlar, ideoloji iş aparırlar. Əgər “Taliban” keçici bir təşkilat olsaydı gündəmdə bu qədər qalmazdı. Bu isə Əfqanıstanda dövləti və hakimiyyəti ələ alıb, bəzi dövlətlər də ondan qlobal qarşıdurmada istifadə edir, yönləndirirlər".

Ramiyə Məmmədova: “Silahlı təşkilatların fəallaşması, Əfqanıstana dayaq nöqtəsi kimi baxması mümkündür, amma ”Taliban"la İŞİD yola getmir”

Ekspertin sözlərinə görə, Əfqanıstanın içində vətəndaş müharibəsi davam edəcək: “Həmin toqquşmalar nəticəsində İŞİD və “Əl-Qaidə”nin qaçıb dağılmış, gizlənmiş dəstələri birləşəcəklər. Ümumiyyətlə, kimlərsə fikirləşir ki, taliblər dəyişib, amma elə deyil, “Taliban” dəyişməyib. Onlar yenə küçədə qadını istədikləri geyimdə görməyəndə öldürürlər. Bu rejim belədir. Amma Azərbaycanda əməliyyat şəraiti yenilənib, bizim əməliyyatçılar çox peşəkardırlar və əminəm ki, bu cür təhlükələrin qarşısını alacaqlar".

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Yaxın Şərqdə radikal ekstremist silahlı təşkilatların fəallaşması mümkündür: “Hətta onların ”Taliban"a və Əfqanıstana bir dayaq nöqtəsi, qərargah kimi baxması da gözləniləndir. Çünki İŞİD Mosulu götürəndə oxşar presedent yaranmışdı və müəyyən stimul vermişdi. İndi “Taliban” dövləti idarə edəcək və bu da əlbəttə ki, “Əl-Qaidə” üçün həvəsləndirici ola bilər. Amma unutmayaq ki, “Taliban” İŞİD-lə yola getmir, hətta onlara qarşı döyüşüblər, burada məzhəb fərqi var. Ona görə güman etmirəm ki, İŞİD  üçün yeni dövr başlasın. Üstəlik, bu cür terrorçu şəbəkələri dirildən və idarə edən beynəlxalq güclərdir, onların dirijor çubuğu hərəkətlənəndə, “başla” əmri alanda fəallaşırlar".

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əfqanıstanda 10 “Taliban” terrorçusu məhv edilib

    Əfqanıstanda 10 “Taliban” terrorçusu məhv edilib ...

    3-04-2017, 00:42

  • 
  • Taliban hakimi güllələyib

    Taliban hakimi güllələyib ...

    28-03-2016, 14:34

  • 
  • Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb

    Əfqanıstanda “Taliban” silahlılarının olduğu ...

    14-05-2017, 23:34

  • 
  • Əfqanıstanda İŞİD 13, “Taliban” isə 20 dinc sakini oğurladı

    Əfqanıstanda İŞİD 13, “Taliban” isə 20 dinc ...

    11-09-2017, 11:30

  • 
  • "Taliban"ın iki komandiri məhv edildi

    "Taliban"ın iki komandiri məhv edildi ...

    26-02-2017, 18:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu