GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Taliban ona qarşı döyüşən Pəncşirdə qələbə çaldığını deyir, üsyançıların lideri "milli üsyana" çağırır

Taliban ona qarşı döyüşən Pəncşirdə qələbə çaldığını deyir, üsyançıların lideri "milli üsyana" çağırır

Tarix: 7-09-2021, 14:06 Bölmə :Dünya Baxış: 406


ŞƏKLİN MƏNBƏYİ,TALIBAN VIDEOSU


Taliban Əfqanıstanın Pəncşir vilayətində qələbə qazandığını elan edib.

Taliban hakimiyyətə gəldikdən sonra Pəncşir vilayətində ona qarşı Milli Müqavimət hərəkatı başlamışdı.

Qrup bazar günü sosial mediada döyüşçülərin Pəncşirdə Taliban bayrağını qaldırdığı görüntülərini yayıb.

Müqavimət göstərən döyüşçülər isə "bütün strateji mövqelərin" onlarda olduğunu və "döyüşlərin davam etdiyini" bildirib.

Milli Müqavimət Cəbhəsinin lideri Talibana qarşı "milli üsyana" çağırıb.

Müqavimətçilərin lideri Əhməd Məsud sosial mediada yayılan səs yazısında beynəlxalq ictimaiyyəti Talibanı qanuniləşdirməkdə və "onlara hərbi və siyasi etimad" verməkdə günahlandırıb.

"Harda olursunuzsa olun, ölkənin içində, ya xaricində, sizi ölkəmizin ləyaqəti, azadlığı və firavanlığı üçün milli üsyana başlamağa çağırıram," - o deyib.

Əhməd Məsud bundan əvvəl Facebookda bildirmişdi ki, Taliban hücumları dayandıracağı təqdirdə Əfqanıstanın keçmiş təhlükəsizlik qüvvələri və yerli milislərdən ibarət Əfqanıstan Milli Müqavimət Cəbhəsi mübarizəni dayandırmağa hazır olacaq.

Talibandan buna dərhal cavab gəlməmişdi.

3 həftə əvvəl Taliban Əfqanıstanda qərb yönümlü hakimiyyətin dağılmasından sonra ölkəni ələ keçirib.

Pəncşir vilayətində 150-200 min insan yaşayır. Bura 1980-ci illərdə Əfqanıstan sovet işğalı altında olarkən və Talibanın 1996-2001-ci illərdəki əvvəlki hakimiyyəti dövründə müqavimət mərkəzi olub.

Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanda onlara müqavimət göstərən yeganə bölgədə, Pəncşir vilayətində Milli Müqavimət Cəbhəsi qüvvələrini məğlub etdiklərini və əyaləti yenidən ələ keçirdiklərini iddia edib.

"Bu qələbə ilə ölkəmiz müharibə bataqlığından tamamilə uzaqlaşdırıldı," - o deyib.

Zabihullah Mücahid burda yaşayanlara da Əfqanıstanın digər bölgələrinin sakinləri kimi "hörmət edəcəklərini" söylətib.

Pəncşir vilayətində baş verən ağır toqquşmalarda heç bir mülki şəxsin ölmədiyini deyən Taliban sözçüsü Milli Müqavimət Cəbhəsi ilə danışıqlar aparmaq istədiklərini, ancaq danışıqlar nəticə verməyəndə güc tətbiq etmək məcburiyyətində qaldıqlarını əlavə edib.

Sosial mediada yayılan bəzi görüntülərdə Taliban qüvvələrinin bayraqlarını Pəncşir əyalətindəki qubernatorluqda dalğalandırdıqlarını görmək olar.

Milli Müqavimət Cəbhəsi isə Talibanın bölgədə qələbə çaldıqları iddialarını rədd edib.

Hərəkatın sözçüsü Əli Maysam BBC -yə deyib: "Bu doğru deyil. Taliban Pəncşiri ələ keçirməyib".

Milli Müqavimət Cəbhəsi liderlərinin harada olduğu məlum deyil.

Əfqanıstanın vitse -prezidenti Emrullah Salehin də ölkəni tərk etdiyi bildirilir.

Lakin bu xəbərlər hələ də Salehin yaxın çevrəsi tərəfindən təsdiqlənməyib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taliban hakimi güllələyib

    Taliban hakimi güllələyib ...

    28-03-2016, 14:34

  • 
  • "Əl-Qaidə" lideri "Taliban" rəhbərinə sədaqət andı içdi

    "Əl-Qaidə" lideri "Taliban" ...

    11-06-2016, 14:02

  • 
  • Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb

    Əfqanıstanda “Taliban” silahlılarının olduğu ...

    14-05-2017, 23:34

  • 
  • "Taliban"ın komandiri öldürüldü

    "Taliban"ın komandiri öldürüldü ...

    22-05-2016, 11:28

  • 
  • Taliban üsyançıları Əfqanıstan ordusunun 14 əsgərini öldürüb, NATO konvoyuna hücum edib

    Taliban üsyançıları Əfqanıstan ordusunun 14 ...

    17-12-2017, 22:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu