ABŞ-ın Maliyyə Nazirliyi postsovet mafiyasının üzvlərinə qarşı sanksiya tətbiqini genişləndirir.
Virtualaz.org lent.az-a istinadən bildirir ki, oktyabrın 30-da «Qardaşlar çevrəsi» («Bratskiy kruq») adlı Avroasiya cinayətkar sindikatından Artur Badalyan, Qriqori Lepsveridze, Vadim Lyalin, Serqey Moskalenko, Əkov Rıbalsk və İqor Şlıkov nazirliyin «qara siyahı»sına düşüblər.
ABŞ maliyyə qurumunun məlumatında bildirilib ki, Lyalin və Şlıkovda Rusiya pasportları var. Moskvalenko Özbəkistan, Rıbalsk İsrail vətəndaşlarının pasportunu gəzdirir. Badalyan və Lepsveridzenin vətəndaşlığı göstərilməsə də sonuncunun Soçidə doğulduğu bildirilib. Bundan başqa, onun bütün göstəriciləri Rusiyanın tanınmış artisti, bəstəkarı və prodüseri Qriqori Lepsanınkı ilə üst-üstə düşür. Lepsveridzenin Tailandda olduğu deyilir.
Mənbə bildirib ki, 2011-ci ildə ABŞ prezidenti Barak Obama «Qardaşların çevrəsini» «Mütəşəkkil Cinayətkar Qrupa» daxil edib və Maliyyə Nazirliyinə bu cinayətkar quruma qarşı tədbir görməyi tapşırıb.
Adları «qara siyahı»ya salınanların ABŞ-dakı bank hesabları dondurulacaq, onların ştatlara səfəri yasaqlanacaq, habelə ABŞ vətəndaşlarına onlarla istənilən işgüzar əlaqə qadağan ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?