Əfqanıstanda "Taliban" ölkənin gənc qadınlardan ibarət voleybol komandasının 20 yaşlı üzvü Mahacabid Hakimini edam etdirib.
İdmançının qətli oktyabrın əvvəlində baş tutsa da, Hakiminin öldürülməsi faktı gizlədilib. Yerli idmançılar Hakiminin öldürülməsi ilə bağlı heç bir məlumat verməyib. Bildirilir ki, voleybolçunun yaxınları onlara qarşı təhdid olduğu üçün susub. Beynəlxalq Voleybol Federasiyası idmançının taleyi ilə bağlı təcili izahat tələb edib. Qeyd edək ki, sentyabrın ortalarında "Taliban" Əfqanıstanda qadın idmanını qadağan etmək niyyətində olduğunu bildirib. "Taliban" hesab edir ki, təlim qadınlar üçün həyati əhəmiyyət daşımır. Bununla bağlı yekun qərar verilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?