Gundemxeber.az » Dünya » Rusiya və Belarusla müharibəyə hazırlaşmaq lazımdır - Polşada bayən ediblər
Rusiyanın «imperiya ambisiyaları» problemləri ilə bağlı Polşada onunla müharibəyə hazırlaşmaq lazımdır.
Bu barədə oktyabrın 26-da respublika Baş nazirinin müavni Yaroslav Kaçinski bəyan edib.
«Əgər biz, ən pisindən qaçmaq istəyiriksə, məhz müharibədən, biz, köhnə qaydaya uyğun hərəkət etməliyik: «Əgər sən sülh istəyirsənsə, müharibəyə hazırlaş» - o, deyib və plan təqdim edib. Plan parlament və Prezident tərəfindən bəyəniləcəyi təqdirdə, ölkə ordusunun gücləndirilməsini nəzərdə tutur».
Onun sözlərinə görə, parlament silahlı qüvvələrin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməlidir - bu, beynəlxalq situasiyanın pisləşməsi və Polşanın geopolitik problemləri səbəbilə, ölkəyə vacibdir. Belə problemlərin nümunəsi kimi o, Rusiyanın «imperiya ambisiyalarını» və Polşaya qarşı Belarusun «hibrid müharibəsini» göstərib. Bu zaman o, bəyan edib ki, Polşa ciddi yavaşıdıcı gücə və uzun müddət effektiv müdafiə olunmaq imkanına malik olmalıdır.
Bundan başqa, Baş nazir müavini hesab edir ki, qanun layihəsi müdafiə büdcəsinin artırılmasını nəzərdə tutacaq və ordunun say tərkibini iki dəfə atıracaq - ən azı 250 min hərbçi və 50 min ehtiyat olmaqla. O, həm də Polşa ordusunu möhkəmlətmək üçün ABŞ-da istahsal olunmuş silah-sursatın alınmasına ümid edir.
GUNDEMXEBER.AZ
25-01-2014, 01:26
6-07-2017, 14:35
27-06-2017, 11:35
17-06-2015, 16:01
8-07-2016, 23:31
Sorğu
Yeni dizaynımız necədir?