David Tonoyanın cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti, Ermənistan Müdafiə Nazirliyinin Aviasiya Departamentinin Aviasiya Texniki Xidmətinin rəisi Artyom Hambaryanı və Aviasiya İdarəsinin baş mühəndisi Vladimir Babayanı həbs edib.
Bu barədə “Yerkir” məlumat yayıb. İki yüksək rütbəli zabitin açılmış cinayət işində ifadə verdikləri bildirilir. Ermənistan MN tərəfindən adıçəkilən iki şəxsin həbsinin səbəbləri ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Xatırladaq ki, sabiq Müdafiə naziri David Tonoyana, “Patron Davo” ləqəbi David Qalstyanla əlbir olaraq texniki baxımdan yararsız silahların alveri, həmçinin çirkli pulların yuyulması barəsində cinayət işi açılıb. Sabiq Müdafiə naziri ittihamları qəbul etmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?