Gundemxeber.az » Dünya » Rusiyadan ABŞ-a SƏRT REAKSİYA: - “Odla oynayırlar”
ABŞ və Rusiya arasında Qara dəniz gərginliyi davam edir.
Gundemxeber.az bildirir ki, bu dəfə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovdan sərt reaksiya gəlib. Qurum rəsmisi jurnalistlərə açıqlamasında mövzuya toxunaraq fikirlərini bu cür ifadə edib: "Amerika gəmilərinin Qara dənizdə, bazalarından minlərlə mil uzaqda nə işi var? Onlar odla oynayırlar”.
Qeyd edək ki, Rusiya Müdafiə nazirliyinin məlumatına görə, ötən gün 3 ABŞ gəmisi Qara dənizə girib. Qurum ABŞ-a məxsus 2 bombardmançı təyyarənin Rusiya sərhədindən 100 kilometr məsafədə uçuşlar həyata keçirdiyinə də diqqət çəkib. Nazirlik ABŞ-ın hərəkətlərini Qara dəniz regionunda vəziyyətin sabitliyini pozmaq və Ukrayna ərazisinin hərbi cəhətdən mənimsəməyə cəhd etmək kimi qiymətləndirib.
GUNDEMXEBER.AZ
2-05-2018, 18:17
3-04-2018, 11:00
20-02-2016, 11:50
10-08-2017, 12:07
26-11-2018, 09:53
Sorğu
Yeni dizaynımız necədir?