Gundemxeber.az » Dünya » Ermənistanda müəllimdən çağırış: Paşinyan öldürülsün, ailəsi yandırılsın
Ermənistanda orta məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.
Bu barədə məlumat “Datalex.am” məhkəmə informasiya sistemində dərc edilib. Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun baş nazirin siyasəti ilə razılaşmadığı və fərqli siyasi baxışlarının olduğu qeyd edilir.
Məlumata görə, Akop Qriqoryan 7-ci sinifin şagirdlərinə dərs keçərkən Nikol Paşinyanın öldürülməsinə, ailə üzvlərinin meydanda yandırılmasına çağırışlar edib. A.Qriqoryana qarşı Ermənistanın Cinayət Məcəlləsinin zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğat maddələri üzrə cinayət işi açılıb.
Cinayət işi üzrə məhkəmə noyabrın 24-də keçiriləcək.
GUNDEMXEBER.AZ
21-06-2018, 23:51
2-11-2017, 12:22
12-11-2014, 13:01
19-06-2018, 16:42
6-05-2015, 18:24
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?