"Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın vəzifədə olduğu sayalı günlər qalıb".
Bunu öz mənbələrinə istinadla “Hraparak” qəzeti yazıb. Erməni nəşri daha sonra qeyd edir: "Yaxın günlərdə Davtyan vəzifəsindən azad olunacaq. Hətta mümkün namizədlərin, o cümlədən ən inanılmazlarının adları çəkilir. Ən azı müharibədən sonra hakimiyyətin ən sərt tənqidçilərindən biri olsa da, son vaxtlar Suren Papikyanın təyinatından müsbət danışan generalın adı hallanır. Ermənistanda belə metamorfozlar normaldır. Mənbələrimizə görə, Artak Davtyanın dəyişməsi keçmiş müdafiə naziri David Tonoyan və silah tədarükçüsü şirkətinin direktoru David Qalstyanın ("Patron Davo") bir neçə aydır həbs olunduğu silah tədarükü ilə bağlı məlum cinayət işi ilə bağlıdır. Davtyana da ittiham irəli sürülüb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?