Gundemxeber.az » Dünya » Haaqa məhkəməsi bu gün Azərbaycan və Ermənistanla bağlı qərar çıxaracaq
Bu gün BMT-nin Haaqada yerləşən ali məhkəməsi Ermənistanın və Azərbaycanın tərəflər arasında ötən ilin payızında 6 həftə davam etmiş müharibədən sonra gərginliyin azaldılmasına üçün fövqəladə tədbirlərə dair tərəflərin qarşılıqlı iddiaları üzrə qərar verəcək.
Bu haqda “Radio France İnternational” bildirir. Məlumatda xatırladılır ki, hər iki tərəf bir-birini milli və dini zəmində diskriminasiyada ittiham edir. Bu ilin sentyabr ayında tərəflər Haaqa məhkəməsində bir-birinə qarşı iddia qaldırıblar.
Məlumatda deyilir ki, BMT-nin Ali məhkəməsinin baş hakimi Coan Donohyu Ermənistan Respublikasının iddiası əsasında müvəqqəti tədbirlərin görülməsi barədə qətnaməni Qrinviç vaxtı ilə saat 14.00-da elan edəcək. Bundan dərhal sonra Azərbaycan Respublikasının iddiası üzrə qətnamə qəbul olunacaq.
Haaqa Beynəlxalq Məhkəməsi İkinci Dünya müharibəsindən sonra BMT-yə üzv dövlətlər arasında mübahisələrin həlli üçün yaradılıb. Məhkəməyə mübahisələrin həlli üçün müraciət edən tərəflər onun çıxardığı qətnamələrə əməl etməyə borcludur, amma məhkəmənin çıxardığı qərarların icrası üçün vasitə və mexanizmləri yoxdur.
Xatırladaq ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
İddiada bildirilib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı -seçkilik hərəkətləri etmiş və etməkdə də davam edir. Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirir və nifrət nitqindən istifadə edərək hökumətinin ən yüksək səviyyəsində də irqçi təbliğat aparır, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qaldırır. 2020-ci ilin payızında gedən döyüşlər zamanı azərbaycanlılar yenidən Ermənistanın etnik nifrət zəminində zorakılığının hədəfinə çevrilib. Ermənistan etnik, mədəni təmizləmə və azərbaycanlılara qarşı nifrət oyatmaq siyasəti yürüdərək, Konvensiyaya xələl gətirir, azərbaycanlıların hüquq və azadlıqlarını sistematik şəkildə pozur.
İddia ərizəsində o da deyilirdi ki, Ermənistanın Azərbaycan əleyhinə ayrı-seçkiliklə bağlı siyasəti Konvensiyanın 2, 3, 4.5, 6 və 7-ci maddələrini pozulmasıdır. Azərbaycan Məhkəmədən xahiş edir ki, Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etsin və bunun nəticəsində Azərbaycana və xalqına vurduğu ziyanı ödətdirsin.
Gundemxeber.Az
30-11-2021, 10:17
3-04-2019, 10:14
30-11-2021, 15:10
30-05-2013, 14:57
28-11-2018, 11:22
Sorğu
Yeni dizaynımız necədir?