Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun koronavirus testinin müsbət çıxdığı gün ölkənin Baş naziri Sanna Marinin gecə klubunda səhərə qədər əylənməsi ölkə vətəndaşların etirazına səbəb olub.
Vətəndaşlar sosial şəbəkələrdə Baş naziri sərt tənqid ediblər.
Finlandiya Xarici İşlər Nazirliyi nazir Haavistonun dekabrın 4-də yerli vaxtla saat 22.30-da koronavirusa yoluxduğunu açıqlayıb.
Qeyd edilib ki, nazir Haavisto ilə təmasda olan bütün dövlət işçilərinə mətn mesajı ilə məlumat verilib.
Finlandiya mətbuatında da bildirilib ki, sözügedən şəxslərə evdə qalmaq və başqa insanlarla təmasdan qaçmaq barədə xəbərdarlıq edilib.
Xəbərdə 36 yaşlı Baş nazirin gecə saat 04.00-a qədər dostları ilə əyləndiyi zaman fotosunun çəkildiyi yazılıb.
Baş nazir gecə klubunda olarkən xarici işlər naziri ona zəng edərək məlumat verib. Nazirlə yaxın təmasda olmadığı üçün evdə qalmasına ehtiyac olmadığını deyib.
Marin səhər koronavirus testi verib və nəticə neqativ çıxıb. Bildirib ki, ikinci dəfə də test verəcək və bu müddətdə başqalarından uzaq duracaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?