Gundemxeber.az » Dünya » Paşinyan son nöqtəni qoydu: "Qarabağda referendum keçirilə bilməz"
"Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Bundan əlavə, danışıqlar prosesi zamanı Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçiriləcəyi yer müəyyən edilməyib".
PİA.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə deputatların sualını cavablandırarkən belə deyib.
Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Dağlıq Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur. “Onu kim deyir? Yekun status sadəcə yekun status deməkdir. Mən artıq referendum və onun üzərində qurulan tələlər barədə danışmışam. Məsələn, danışıqlar prosesində Dağlıq Qarabağla referendumda azərbaycanlılarının da iştirakı nəzərdə tutulurdu. Üstəlik, danışıqlar prosesində və mövcud sənədlərdə, Dağlıq Qarabağ ərazisində potensial referendum keçirilməsinin heç vaxt qeyd edilmədiyinə diqqət çəkmək istərdim. Başa düşürsən nə deməkdir bu? Bu o deməkdir ki, referendumun keçiriləcəyi ərazi müəyyən edilməyib. Çox incəliklər var burada”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına görə, referendum ayrıca götürülmüş ərazidə keçirilə bilməz. Referendum bütün Azərbaycan ərazisində və seçmək hüququ olan insanların iştirakı ilə keçirilməlidir.
Gundemxeber.Az
9-11-2019, 16:25
10-09-2018, 12:32
12-10-2017, 11:27
28-11-2018, 11:20
29-09-2015, 17:07
Sorğu
Yeni dizaynımız necədir?