Gundemxeber.az » Dünya » ABŞ-da “Johnson&Johnson” peyvəndinin istifadə edilməməsi tövsiyə olunur
ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) mütəxəssisləri qan laxtalanması ilə bağlı fəsadlar səbəbindən “Johnson&Johnson”un koronavirus peyvəndini istifadə etməməyi məsləhət görüblər.
Mütəxəssislər “Pfizer” və “Moderna” şirkətlərinin “mRNA” texnologiyası ilə istehsal edilən digər peyvəndlərin mövcud olduğu təqdirdə onlardan istifadə edilməsi tövsiyəsinin lehinə səs veriblər.
Qeyd edək ki, ABŞ-da “Johnson&Johnson” peyvəndi ilə peyvənd olunmuş xəstələrdə qan laxtalarının əmələ gəlməsi ilə bağlı onlarla ağırlaşma halları qeydə alınıb.
“Johnson & Johnson” peyvəndi aprel ayında dayandırılmışdı, lakin sonra alimlərin tövsiyəsi ilə yenidən bərpa edilib.
Gundemxeber.Az
12-04-2021, 09:40
14-07-2021, 09:25
31-03-2021, 18:41
2-11-2020, 13:48
12-10-2021, 11:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?