Gundemxeber.az » Dünya » Putin Qərbi hədələdi, hücum siqnalı verdi
ABŞ və onun müttəfiqləri başa düşməlidirlər ki, Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Rusiyanın “geri çəkiləcək yeri yoxdur”. Bu barədə Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib.
"Onların indi Ukrayna ərazisində etdikləri və ya etməyə çalışdıqları və planlaşdırdıqları bizim milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, bu, bizim evimizin astanasındadır", - Putin Müdafiə Nazirliyi Kollegiyasının geniş müşavirədə çıxışı zamanı izah edib.
O, həmçinin xatırladıb ki, əvvəllər Vaşinqton dəfələrlə başqa ölkələrin daxili işlərinə qarışıb. Putinin sözlərinə görə, xüsusilə İraq, Suriya və Yuqoslaviyadan söhbət gedir.
Bundan əvvəl prezident bildirib ki, Ukraynada NATO infrastrukturu yaranarsa, raketlərin uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahlarının yerləşdirilməsi ilə isə 5 dəqiqəyə qədər azalacaq. O vurğulayıb ki, bu, Rusiya üçün ən ciddi çağırışdır.
Putin Avropada gərginliyin artmasına görə Qərbin günahkar olduğunu vurğulayıb. Putin tarixə ekskursiya edərək, ABŞ və müttəfiqlərini 1990-cı illərdə Şimali Qafqazda separatçıları və terrorçuları dəstəkləməkdə suçlayıb. O həmçinin NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastruktur qurduğunu bəyan edib.
“Qərbdəki həmkarlarımız açıq aqressiv xətt yürüdərlərsə, biz adekvat hərbi-texniki addımlar atacağıq”, – bunları deyən Putin detalları açıqlamayıb.
GundemXeber.Az
5-09-2013, 13:46
29-11-2018, 14:54
15-04-2014, 10:50
4-07-2019, 10:30
21-09-2017, 14:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?