GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PAŞİNYANIN QARABAĞLA BAĞLI AÇIQLAMALARI İRƏVANI QARIŞDIRIB... - Ermənistanın Baş nazirinin Arutyunyana cavabı da sərt oldu

PAŞİNYANIN QARABAĞLA BAĞLI AÇIQLAMALARI İRƏVANI QARIŞDIRIB... - Ermənistanın Baş nazirinin Arutyunyana cavabı da sərt oldu

Tarix: 27-12-2021, 11:45 Bölmə :Dünya Baxış: 256


“Qarabağ ermənilərə məxsus ola bilməz” deyən Paşinyan İrəvanın "artsax"ın arxasından çəkiləcəyi mesajını verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların ona qarşı elan etdiyi siyasi-ideoloji savaşda geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir. Əksinə, baş nazir N.Paşinyan həm erməni separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlər həlledici savaşa hazır olduğunu biruzə verir. Və bu savaşın nəticələri böyük ehtimalla tərəflərdən birinin, yaxud da elə hər ikisinin də məğlubiyyətinə yol aça bilər.

Məsələ ondadır ki, "ox artıq yaydan çıxıb". Bundan sonra geri çəkilmək siyasi fəlakətə yol aça bilər. Erməni baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıyar. Ona görə də, Ermənistan baş naziri nəyin bahasına olursa-olsun, özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.

Onu da qeyd edək ki, son baş verənlər də erməni baş nazirin öz siyasi rəqiblərini, o cümlədən, Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçılarını güncə sıxışdırıb, zəiflətməkdə qərarlı olduğunu göstərir. Belə anlaşılır ki, erməni baş nazir həm separatçıları, həm də onların Ermənistandakı siyasi-ideoloji dəstəkçilərini öz ölkəsi üçün ciddi problem hesab edir. Və onlardan xilas olub, həm öz hakimiyyətini gücləndirmək, həm də Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq qərarı verib.

Məsələ ondadır ki, onun onlayn mətbuat konfransında dilə gətirdiyi açıqlamalar kifayət qədər cəsarətli məzmun daşıyır. Çünki, o, açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə, Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Düzdür, erməni baş nazir öz arqumentlərini Köçəryan-Sarkisyan hakimiyyətinin sülh danışıqları prosesində üzləşdiyi uğursuzluqlarla izah edib.


Ancaq onun "BMT Təhlükəsizlik Şurası "Dağlıq Qarabağın" statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi. Bu, o deməkdir ki, "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb" məzmunu daşıyan arqumentləri olduqca cəsarətlidir. Hər hansı başqa bir erməni siyasətçinin, hətta bu reallıqlara vaxtaşırı üstüörtülü eyhamlar vuran keçmiş prezident Levon Ter-Petrosyanın və onun müşaviri olmuş Jirayr Liparityanın belə, bu həqiqətləri N.Paşinyan kimi açıq şəkildə dilə gətirə biləcəyini təsəvvür etmək çox çətindir.

Təbii ki, Ermənistan cəmiyyəti üçün qəbuledilməz olan bu cəsarəti erməni baş naziri hazırda açıq hədəfə çevirib. İndi Ermənistan cəmiyyəti onu xəyanətdə suçlayır. Xankəndi və ətraf bölgədə olan erməni separatçılar isə erməni baş naziri düşmən kimi təqdim edirlər. 

Erməni separatçılara rəhbərlik edən Araik Arutyunyan baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarla yüklənmiş bəyanat yayıb. Həmin bəyanatda Paşinyan hakimiyyəti "artsax" ideyalarına xəyanətdə suçlanır, Xankəndi və ətraf bölgədəki erməniləri dəstəksiz buraxmaqda ittiham edilir. 

Eyni zamanda, Paşinyan hakimiyyətinə rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin adından danışmaq, onların taleyini həll etmək hüququnun olmadığı barədə xəbərdarlıq edilir. Yəni, Paşinyan hakimiyyətindən dolayısı ilə bundan sonra Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə bağlı hər hansı məsələyə qarışmamaq tələb olunur.



Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan məzmunu ağır ittihamlar ilə yükləndiyindən separatçı Araik Arutyunyanın bəyanatına cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir vurğulayıb ki, bütün ittihamlar ona qarşı yönəlsə də, sülh danışıqları nəticəsində yaranmış mövcud vəziyyətin formalaşması onun hakimiyyətindən öncəki dövrə aiddir. Ona görə də, "artsax" ətrafında yaranmış vəziyyətə görə ondan əvvəl hakimiyyətdə olanlar məsuliyyət daşımalıdır.

Erməni baş nazir xatırladıb ki, keçmiş prezident Serj Sarkisyanın sülh danışıqlarının nəticələrinə görə, "Dağlıq Qarabağın" ermənilərə aid olunması barədə iddiaları reallıqdan uzaq olduğundan həqiqətləri xalqa çatdırmaq məcburiyyətində qalıb: ""Dağlıq Qarabağ"da yaşayan azərbaycanlıların bölgənin statusunun müəyyən edilməsində iştirak hüququ danışıqlar prosesi üzrə sənədlərdə qeydə alınıb. Danışıqların məzmununa görə, onlar "Dağlıq Qarabağ"ın sakinləridir. Yəni azərbaycanlılar da "Dağlıq Qarabağda" yaşamaq hüququna sahibdirlər. 2018-ci ilə hakimiyyətdə olanlar heç vaxt buna qarşı çıxıb, etiraz etməyiblər. Əgər, "Dağlıq Qarabağ"ın statusu məsələn, 100 il sonra keçiriləcəyi təqdirdə, demoqrafik dəyişikliklər şəraitində nəticələrin necə ola biləcəyi aydındır".

Erməni baş nazir daha sonra bildirib ki, danışıqlar prosesində 2016-cı ildən sonra Dağlıq Qarabağın aralıq statusu barədə məsələ müzakirədən ümumiyyətlə, çıxarılıb. Bunun əvəzində Dağlıq Qarabağ ilə bağlı hüquqi qərarların verilməsi məsələsinin BMT Təhlükəsizlik Şurasının öhdəsinə buraxılması razılaşdırılıb: "Bu, əsl fəlakətdir. Çünki BMT TŞ-nın qətnamələrində "Dağlıq Qarabağ" Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, BMT TŞ Dağlıq Qarabağ ilə bağlı məsələlərdə mütləq öz qətnamələrinə uyğun qərar verəcək. Ona görə də mən bir neçə dəfə bildirmişəm ki, danışıqların mövcud məzmununa görə, "Dağlıq Qarabağ"ın Azərbaycandan kənarda qalmaq şansı tükənib".



Erməni baş nazir onu qeyd edib ki, özündən əvvəlki hakimiyyətlərin səhvləri və günahları ucbatından yaranmış bu vəziyyətin dəyişdirilməsi üçün uzun müddət mübarizə aparmağa çalışıb. Ancaq hər hansı nəticə əldə etməyə nail ola bilməyib. Və son müharibənin başlanma səbəbləri də məhz onun danışdıqlar prosesində yaranmış vəziyyətə göstərdiyi müqavimət ilə birbaşa bağlıdır.

Maraqlıdır ki, erməni baş nazir onu ittiham edən siyasi rəqiblərinə və separatçılara müəmmalı mesaj da verib: "İndi bəzi şəxslər deyirlər ki, mənim "Dağlıq Qarabağın" adından danışıqlar aparmağa haqqım çatmır. Halbuki həmin adamlar məni həm də ona görə tənqid edirdilər ki, 2018-ci ildən üzübəri "Dağlıq Qarabağ"ın adından danışıqlar aparmaq üçün mandatımın olmadığını elə özüm deyirdim. Ancaq mən xalqdan bütün bunları gizlədə bilmərəm".



Göründüyü kimi, bu, bir daxili siyasi savaşın başlanğıc əlamətləridir. Rəsmi İrəvan "Dağlıq Qarabağ" yükündən xilas olmaq üçün real addımlar atmağa başlayıb. Bu, erməni toplumunda bir çoxlarını məmnun etmir. Halbuki, Ermənistanın gələcəyi erməni separatçıların girova çevrildiyindən Paşinyan hakimiyyəti bu savaşı sona qədər davam etdirmək məcburiyyətindədir.

Bütün baş verənlərə istinadən Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl olaraq, iki önəmli addımın atılmasına cəsarət etdiyini düşünmək olar. 

Birinci addım erməni baş nazirin onlayn mətbuat konfransında dolayısı ilə "Qarabağ Azərbaycandır" deməsi ilə atıldı. Ermənistan cəmiyyətinə mövcud reallıqlar ilə barışmağın qaçılmazlığı barədə açıq mesaj ötürüldü. Bununla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu biruzə verdi.

İkinci həlledici addımı isə baş nazir N.Paşinyan erməni separatçıların rəhbəri Araik Arutyunyanın ittihamlarına cavab verərkən atdı.

"2018-ci ildən üzübəri "Dağlıq Qarabağın" adından danışıqlar aparmaq üçün mandatımın olmadığını deyirdim" cümləsini gündəmə çıxaran erməni baş nazir rəsmi İrəvanın bundan sonra "artsax" ilə bağlı hər hansı səviyyədə müzakirələrdə iştirak etməyəcəyinə eyham vurdu. 

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan rəsmi İrəvan adından "artsax" xəyallarını dəfn etmək qərarına gəlib. Bu, o deməkdir ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların arxasından çəkilmək niyyətindədir. Və bu ehtimal doğru çıxarsa, regionda sülh dövrünün başlanmasından danışmaq mümkün olacaq.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Qarabağla bağlı yeganə şansını əldən verdi

    Paşinyan Qarabağla bağlı yeganə şansını əldən ...

    11-05-2018, 14:05

  • 
  • Paşinyan erməni əsirlər və meyitlərlə bağlı Rusiyadan yardım istədi

    Paşinyan erməni əsirlər və meyitlərlə bağlı ...

    4-01-2021, 10:03

  • 
  • Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir”

    Paşinyan: “Təkrar edirəm, Qarabağın həlli ...

    18-07-2019, 13:52

  • 
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Paşinyan Qarabağ danışıqlarına hazır olduğunu bəyan etdi

    Paşinyan Qarabağ danışıqlarına hazır olduğunu ...

    11-08-2018, 21:19


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu